15 Yanvar 2012 12:01
352
İQTİSADİYYAT
A- A+

Kəndlər görkəmini dəyişirSürətlə abadlaşan Alar müasir qəsəbələrdən geri qalmır

 

Cəlilabad rayonunun Alar kəndi Azərbaycanın qədim və böyük yaşayış məntəqələrindəndir. Torpağı bərəkətli, adamları isə əməksevərdir. Kənd Ələt-Astara magistral şose yolunun kənarında yerləşir və tutduğu bu coğrafi mövqe onun inkişafında müsbət rol oynayır.

Alar kəndi regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası çərçivəsində son illər daha da inkişaf etmiş, abadlaşmışdır. Kənddə çoxsaylı fərdi evlər, müasir sosial obyektlər və digər ictimai binalar tikilmişdir. 2004-cü ildə istifadəyə verilən 400 şagirdlik Heydər Əliyev adına 1 saylı orta məktəb bu gün rayonun müasir təhsil ocaqlarından sayılır. Kənddə infrastruktur layihələri də uğurla həyata keçirilir.

Artıq tarixə çevrilən 2011-ci il də kənd sakinləri üçün əlamətdar olmuşdur. Bu barədə Alar kənd inzibati ərazi nümayəndəliyinin ötən ilin yekunları ilə bağlı keçirilən yığıncağında ətraflı söhbət açıldı. Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən ərazi nümayəndəsi Hafiz Kərimov qeyd etdi ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində bütün bölgələr kimi, Cəlilabad rayonu da son illər sürətlə inkişaf edir. Əhalinin yaşayış səviyyəsi, sosial rifahı ildən-ilə yaxşılaşır. Bunu Alar kəndinin timsalında da aydın görmək olar. Kənddə 1876 təsərrüfat olmaqla 7,4 mindən çox əhali yaşayır. Onların xüsusi mülkiyyətində 3 min 480 baş qaramal, 3 min 800-dən çox davar var. Torpaq mülkiyyətçiləri əsasən taxıl, kartof, üzüm, noxud, tərəvəz və digər kənd təsərrüfatı məhsulları əkib-becərməklə məşğuldur. Kənd əhalisinin elektrik enerjisi ilə təmin olunması sahəsində keçən il mühüm tədbirlər görülmüş, 20 ildən sonra təbii qazın verilməsi bərpa edilmişdir.

Məruzəçi onu da qeyd etdi ki, bu gün Alarda 3 orta məktəb, 2 aptek, 31 ticarət obyekti, xəstəxana, uşaq bağçası, mədəniyyət evi, elektron ATS, poçt, məişət evi fəaliyyət göstərir. Kənd ərazi nümayəndəliyi onların səmərəli fəaliyyət göstərməsini daim diqqət mərkəzində saxlayır. Keçən il təhsil sahəsində də sevindirici nəticələr əldə edilmişdir. Belə ki, kəndin 17 məzunu müxtəlif ali məktəblərə qəbul olunmuşdur.

Tənqid və özünütənqid şəraitində keçən yığıncaqda əldə olunan uğurlarla yanaşı, mövcud nöqsanlardan danışıldı və onların aradan qaldırılması yolları göstərildi.

Sonda yığıncaqda iştirak edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov kənd camaatına işlərində və şəxsi həyatlarında yeni uğurlar arzuladılar.

 

Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video