15 Iyul 2021 19:00
613
İQTİSADİYYAT
A- A+

Kənd təsərrüfatı naziri İnam Kərimov Samuxda günəbaxan əkən fermerlərlə görüşüb

 

Kənd təsərrüfatı naziri İnam Kərimov yığım ərəfəsində günəbaxan əkini ilə məşğul olan fermerlərlə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Samux rayonunun Alıuşağı kəndində keçirilən görüşdə məhsul yığımına hazırlıq prosesi, yığılmış məhsulun satışı, günəbaxan toxumçuluğu, sahələrdə bitki mühafizə tədbirləri, suvarma məsələləri və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu il Azərbaycanda 11 min hektara yaxın sahədə günəbaxan əkilib. Ötən il sahələrdən orta hesabla 22,4 sentner məhsul yığılıb, düzgün aqrotexniki tədbirlərin aparılması nəticəsində bu il orta məhsuldarlığın daha yüksək olacağı gözlənilir. Günəbaxan əkinlərinin əsas hissəsi Gəncə-Qazax iqtisadi rayonun payına düşür. Bu il Samux rayonunda 1791 hektar sahədə günəbaxan əkilib, avqustun ilk günlərindən samuxlu fermerlər məhsul yığımına başlayacaqlar.

Fermerlərin qaldırdığı məsələlər və səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.

Nazir İnam Kərimov səfər çərçivəsində rayon mərkəzində yerləşən heyvandarlıq müəssisəsinə, Sərkar kəndində salınmış intensiv şaftalı, nektarin, gilas, ərik və gavalı bağlarına, təkrar qarğıdalı əkinlərinə baş çəkib. Təsərrüfatlarda fermerlərlə açıq sahələrdə keçirilən görüşlərdə aqrar sahədə aparılan islahatlar, kənd təsərrüfatına dövlət dəstəyi, intensiv bağçılığın inkişafı üçün görülən tədbirlər, təkrar əkinlərin əhəmiyyəti və aqrar sahənin digər aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video