10 Oktyabr 2021 10:32
672
CƏMİYYƏT
A- A+

Kəlbəcərdə Başlıbel kəndinin ilk şəhidinin qəbri ziyarət edilib

 

Kəlbəcər rayonunun Başlıbel kəndindən olan bir qrup sakin doğma yurd-yuvasını ziyarət edib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunan səfərdə şəhid ailələri, Qarabağ müharibəsi veteranları və ziyalılar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, səfər zamanı 27 nəfər kənd sakininin iştirakı ilə 1993-cü ilin aprelində Başlıbel kəndində törədilmiş qətliamın qurbanlarının, eləcə də kəndin ilk şəhidi Namiq Əbdüləliyevin məzarları ziyarət olunub, mərhumun qəbri üzərində xatirə lövhəsi qurulub.

İyirmi səkkiz illik ayrılıqdan sonra ilk dəfə doğma yurd-yuvasını, erməni vandalizmi nəticəsində viran edilmiş evlərini, dağıdılmış qəbiristanlıqları ziyarət edən sakinlər düşmənin işğal dövründə törətdiyi vəhşi əməllərini ürəkağrısı ilə seyr ediblər.

Xatırladırıq ki, Kəlbəcər rayonunun ən iri yaşayış məntəqələrindən olan Başlıbel kəndi Birinci Qarabağ müharibəsi zamanı 36 şəhid verib. Bunlardan 8-i hərbi, 27-i mülki şəxslərdir. Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibə zamanı isə Başlıbel kəndinin sakini, polkovnik-leytenant Zaur Cəfərov şəhidlik zirvəsinə ucalıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video