13 Iyun 2020 11:38
2708
CƏMİYYƏT
A- A+

Kəhrəbadan istifadə etmək dəri xəstəliklərində faydalı təsir göstərir


Sarımtıl və bal rəngində olan kəhrəba təbiətin əvəzsiz hədiyyəsidir. Onu çox vaxt daş hesab etsələr də, digər qiymətli daşlardan fərqli olaraq nəsli kəsilmiş şam ağacının ifraz etdiyi şirədən yaranır. Ağac şirəsi min illər keçərək sərtləşir və kəhrəbaya çevrilir, sonra torpağa qarışır və kəhrəba yatağı əmələ gətirir. Elə buna görə də kəhrəba daha qiymətlidir. Ondan təkcə bəzək əşyası kimi deyil, həm də müalicəvi məqsədlərlə istifadə olunur.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov AZƏRTAC-a deyib: "Qədim Roma və Çin imperiyasında kəhrəba bəzək əşyası kimi və türkəçarə müalicələrdə çox geniş istifadə edilib. Müasir təbabətdə geniş tətbiq olunmasa da, xalq təbabətində yuxarı tənəffüs yollarının infeksiyasında, triod vəzi xəstəliklərində, bronxit, astma kimi allergik problemlərin həllində və depressiyada çox geniş tətbiq olunur. Kəhrəba insan bədənindəki artıq yağları özünə çəkəndən sonra torpağa basdırırlar və ona yenidən canlanma verir”.

Mütəxəssislər hesab edirlər ki, daşın ölçüsü nə qədər böyükdürsə, faydası da o qədər çoxdur. Onun birbaşa dəriyə təmas etməsi isə daha yaxşıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video