10 Oktyabr 2021 00:51
529
SİYASƏT
A- A+

Keçmiş döyüşçü, şəhid atası doğma yurduna qalib xalqın nümayəndəsi kimi qayıdıb

 

Yüz minlərlə məcburi köçkün kimi Eyvaz Tağıyevin də 30 illik Vətən həsrətinə bir il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, dəmir yumruğu nəticəsində son qoyuldu. O, indi səfalı havası, təmiz suyu, mənzərəli dağları olan yurd yerində rahatlıqla gəzir.

Xocavənd rayon sakini, şəhid atası Eyvaz Tağıyev Hadrutda AZƏRTAC-a bildirib ki, illər sonra doğma torpağına qalib xalqın nümayəndəsi kimi ayaq basıb.

“Bu torpaqlarda qucaq açdığımız ermənilər bizə qarşı məkrli planlarını işə saldılar. Sovet dövründə havadarları sayəsində Xocavənddə ermənilərin sayı artırıldı. Hələ Stalinin dövründə ermənilər Xocavənd rayonunun inzibati ərazisində yerləşən kəndlərimizi birləşdirərək Azərbaycan kəndlərinin sayını azaltmağa başlamışdılar. Həmin proses 20-30 il davam etdi. Təşkilatlanan ermənilər 1988-ci ildən başlayaraq torpaq iddiasına qalxdılar. Məqsədləri isə Qarabağ torpaqlarını Ermənistana birləşdirmək idi”, - deyə Eyvaz Tağıyev vurğulayır.

O, ermənilərin dinc əhaliyə qarşı törətdiyi qırğınlardan danışır, həmin faciəvi səhnələri təkrar yada salır: “İlk olaraq Hadrut qəsəbəsinin ətrafında azərbaycanlıların yaşadığı kəndlər yandırılmağa başlanıldı. Əhali digər ərazilərə köçməli oldu. 1992-ci il fevralın 17-də isə xalqımız Qaradağlı faciəsini yaşadı. Həmin vaxt biz sakinlər özünümüdafiə dəstələri yaratsaq da, düşmən 366-cı motoatıcı alayın hərbçilərinin dəstəyi ilə böyük qırğın törətdilər. Qətliam zamanı körpə, qadın, qoca demədən Qaradağlı sakinləri qətlə yetirildi, əsir götürüldü. Əsir götürdükləri soydaşlarımızı da sonradan öldürüb silos quyusunda basdırdılar”.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı digər məcburi köçkünlər kimi Eyvaz Tağıyevin də doğma yurduna qayıtmaq ümidini artırdı. Ulu Öndərin rəhbərliyi ilə güclü ordu quruculuğu siyasəti aparıldı, ölkəmizin iqtisadiyyatı inkişaf etdi. Bunun nəticəsini Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən il Vətən müharibəsində gördük. Bu müharibədə böyükdən kiçiyə hər kəs öz Ali Baş Komandanının ətrafında dəmir yumruqtək birləşərək düşmənin başını əzdi.

Həmsöhbətimiz deyir ki, Azərbaycan Ordusunun Vətən müharibəsində uğurlu əməliyyatlarından biri də Hadrut əməliyyatıdır. Bu əməliyyatdan sonra, ötən il oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımıza daha bir xoş xəbəri çatdırdı. Bildirdi ki, Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndləri işğaldan azad olunub. Ermənistan rəhbərliyi isə Hadrutun Azərbaycan əsgəri tərəfindən azad olunmasını qəbul edə bilmədiklərinə görə, həmin günlərdə yalanlar uydurmaqla məşğul idilər. Guya Hadrutun onların nəzarəti altında olduqlarını deyirdilər. Halbuki Hadrut administrasiyasının binası üzərində Azərbaycan bayrağı dalğalanırdı.

“44 günlük müharibədə ötən 30 ildə böyüyən vətənpərvər gənclərimiz tarix yazdılar. Ermənilərin öz havadarlarının köməyi ilə işğal etdiyi torpaqları onun sahibləri, azərbaycanlılar cəmi 44 günə azad etdi. Belə igidlərdən biri də mənim övladım Əlzamin Tağıyevdir. Mən bu gün Hadruta keçmiş döyüşçü və şəhid atası kimi qürurla gəlmişəm. Bu torpaqların azad edilməsi uğrunda Əlzamin kimi minlərlə qəhrəmanımız can verib. Biz bu sevinci həm də şəhidlərimizə, qazilərimizə borcluyuq. Onların sayəsində Xocavəndə, Hadruta gələ bilirik. 30 il ağlayıb-sızladıq, artıq bəsdir. Bundan sonra hər il oktyabrın 9-nu böyük sevinclə Hadrutun azad olunması kimi qeyd edəcəyik”, - deyə Eyvaz Tağıyev vurğulayıb.

Səfər zamanı yolboyu azad olunan ərazilərdə aparılan yenidənqurma işləri də  gözümüzdən qaçmadı. Gördüklərimiz bu yerlərdə həyatın öz axarına düşməsinin müjdəçisidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video