31 Mart 2016 01:03
929
Oxucu məktubları
A- A+

Keçənilki göstəriciləri təzələyəcəyik

 

Kiçik və orta sahibkarlığın inkişafı və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramlarının məqsədyönlü şəkildə icrasının uğurlu nəticəsidir ki, biz fermerlər hər il yüksək göstəricilərə nail oluruq.

7 ildir ki, taxılçılıqla məşğul oluruq. Mülkiyyətimizdə 1500 hektar torpaq sahəsi, taxıl anbarı, taxıl toxumçuluğunu inkişaf etdirmək üçün çeşidləyici avadanlıqlar var. Hər il “Aqrolizinq” ASC-nin rayon şöbəsində olan texnika və aqreqatlardan da istifadə edirik. Demək olar ki, uğurlarımız ildən-ilə artır. Yüksək reproduksiyalı taxıl və toxum istehsal edirik. Əgər bir neçə il əvvəl rayonumuzdakı fermer təsərrüfatları toxumu kənardan alırdılarsa, artıq indi onları keyfiyyətli taxıl toxumu ilə bizim fermer təsərrüfatımız təmin edir. Hətta respublikamızın 8 rayonuna da taxıl toxumu satırıq. 

Taxıl əkinini əsasən dəmyə torpaqlarda aparırıq. Hər il əldə etdiyimiz göstəricilər onu deməyə əsas verir ki, istənilən torpaqda və şəraitdə yüksək məhsuldarlıq əldə etmək mümkündür. Təkcə keçən il dəmyə şəraitində 80 hektar sahənin hər hektarından 55 sentner məhsul əldə etmişik ki, bu da respublikamızda rekord göstəricidir. Ancaq bu son hədd deyil. Cari ildə bu rəqəmi 60-65 sentnerə çatdırmağı qarşımıza məqsəd qoymuşuq.

 

Suliddin MAHMUDOV,

Göygöl rayonundakı taxılçılıq təsərrüfatının rəhbəri 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video