17 Avqust 2011 12:08
533
İQTİSADİYYAT
A- A+

Keçən ay kənd təsərrüfatı məhsullarının qiymətlərində ucuzlaşma müşahidə olunub

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri keçən ilin eyni dövrünə nisbətən 12,4 faiz baha olub. Lakin keçən ay həmin məhsulların istehsalçı qiymətlərində ondan əvvəlki aya nisbətən 3,4 faiz ucuzlaşma müşahidə edilib.

2011-ci ilin iyul ayında birillik bitkilər üzrə qiymət indeksi əvvəlki aya nisbətən 95,4 faiz təşkil edib. Bu bölmədə dənli (düyü istisna olmaqla) bitkilər, paxlalı bitkilər və yağlı toxumların istehsalçı qiymətləri 3,6 faiz, tərəvəz, bostan məhsulları, kökümeyvəli və köküyumruluların istehsalçı qiymətləri 6,2 faiz, tərkibində yüksək miqdarda nişasta olan süfrə kökümeyvəlilər və köküyumruluların istehsalçı qiymətləri isə 0,5 faiz ucuzlaşıb. 

Çoxillik bitkilərdən üzümün istehsalçı qiymətləri 0,7 faiz, tumlu və çəyirdəkli meyvələrin 2,4 faiz, içki istehsalı üçün kənd təsərrüfatı bitkilərinin istehsalçı qiymətləri 0,3 faiz ucuzlaşıb. Lakin bəzi məhsulların qiymətlərində  artım baş verib. Belə ki, sitrus meyvələrinin istehsalçı qiymətləri 0,3 faiz, sair meyvə ağacları, kol meyvələri və qoz-fındığın istehsalçı qiymətləri 0,1 faiz, giləmeyvələr və turuncu meyvələrin  istehsalçı qiymətləri 2,2 faiz bahalaşıb.

Heyvandarlıq bölməsində iribuynuzlu mal-qara və onların məhsullarının istehsalçı qiymətləri 0,5 faiz, diri ev quşları və onların yumurtalarının istehsalçı qiymətləri 11,5 faiz ucuzlaşıb. Qoyun və keçilər, onların çiy südü və yununun istehsalçı qiymətləri 0,7 faiz, sair diri ferma heyvanları və heyvan məhsullarının istehsalçı qiymətləri isə 0,5 faiz bahalaşıb.

Ay ərzində balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətlərində 0,3 faiz bahalaşma müşahidə olunub. Meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə dəyişməz qalıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video