13 Yanvar 2012 12:01
349
İQTİSADİYYAT
A- A+

Keçən ay Ceyhandan dünya bazarlarına 2,1 milyon ton Azərbaycan nefti çıxarılıb

 

2011-ci ilin dekabr ayı ərzində Ceyhan limanından dünya bazarlarına 2 milyon 187 min 122 ton Azərbaycan nefti çıxarılıb.

Bu həcmin 1 milyon 645 min 24 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Keçən ilin yanvar-dekabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 32 milyon 83 min 769 ton  olub. Bunun da 23 milyon 354 min 458 tonu Azərbaycan Respublikası Dövlət Neft Fondunun idi.

Ümumiyyətlə, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri istismara verilən gündən 2012-ci il yanvar ayının 1-nə qədər Ceyhan limanından dünya bazarlarına 174 milyon 17 min 970 ton Azərbaycan nefti yola salınıb.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video