16 Noyabr 2011 03:11
362
İQTİSADİYYAT
A- A+

Keçən ay BTC ilə 2,6 milyon ton Azərbaycan nefti ötürülüb

 

2011-ci ilin oktyabr ayı ərzində Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri ilə 2 milyon 626 min 784 ton Azərbaycan nefti nəql olunub. Cari ilin yanvar-oktyabr aylarında bu kəmərlə 27 milyon 908 min 692 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2011-ci il noyabr ayının 1-nə qədər BTC-yə 171 milyon 464 min 634 ton neft vurulub. Bundan başqa, cari ilin oktyabr ayında boru xətti ilə 172 min 210 ton Türkmənistan nefti nəql olunub.

Keçən ay ərzində 2 milyon 815 min 986 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 2 milyon 213 min 947 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Yanvar-oktyabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 27 milyon 572 min 161 ton olub. Ümumiyyətlə, BTC istismara verilən gündən bu il noyabr ayının 1-nə qədər Ceyhan limanından 169 milyon 506 min 362 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video