03 Iyul 2021 00:26
992
İQTİSADİYYAT
A- A+

“Karvan-L” EKO sənaye parkı fəaliyyətini bərpa edir

 

Parkın ərazisindəki müəssisələrdə istehsal olunan məhsullar xarici ölkələrə də göndərilir

 

Bir ilə yaxın idi ki, COVID-19 səbəbindən digər müəssisələr kimi, Ağstafadakı “Karvan-L” EKO-da da işin ahəngi pozulmuş, istehsal sahələrində durğunluq yaranmışdı. Lakin pandemiya qadağalarının bir qədər yumşalması bu müəssisənin də fəaliyyətinin yenidən canlanmasına səbəb olmuşdur. Artıq sənaye parkında işlər öz məcrasına düşmüşdür.

Oncə qeyd edək ki, 2016-cı ilin oktyabrında dövlət başçısı Ağstafa rayonuna növbəti səfəri çərçivəsində sənaye parkı ilə tanış olarkən burada görülən işləri yüksək qiymətləndirmişdir. Bundan sonra parkda inşa olunmuş keramika dam örtüklərinin istehsalı  zavodu qısa vaxt ərzində fəaliyyətini genişləndirmişdir. İstehsal gücü sutkada  500 kvadratmetr olan zavodun məhsulları əsasən  xarici bazarlara ixrac edilmişdir. Müəssisə tam olaraq  fəaliyyətə düşdükdən sonra isə burada  150 nəfər daimi  işlə təmin olunmuşdur. Sənaye parkında inşa olunan ikimərtəbəli satış mərkəzinin inşası da tamamlanmışdır. Ardınca isə parkda polietilen örtüklərin, xüsusi dəmir konstruksiyaların, dəmir dam örtüklərinin, şüşə və şüşə konstruksiyaların, plastik qapı-pəncərə və plastik konstruksiyaların, yerli xammaldan bəzək və mozaika daşlarının istehsalı müəssisələri, eləcə də plastik kütlələrin təkrar emalı, üzvi turşuların istehsalı qurğusu, günəş enerjisi ilə dolan batareyaların istehsalı sahəsi və bioloji-orqanik kənd təsərrüfatı məhsulları yetişdirilən istixana kompleksi fəaliyyətə başlamışdır.

Pandemiya ilə əlaqədar hazırda əsas diqqət istixanaya yönəldilmişdir. Əvvəlki illərdə olduğu kimi, 2 hektar sahədə qurulmuş müasir istixanada bu il də bol məhsul yetişdirilmişdir. Parkın əməkdaşı Nəsimi Nəzərov deyir ki, nə tozlanmada, nə də xəstəliklərə qarşı mübarizədə gübrə və dərmanlardan istifadə olunur: “İstixanada bitkilər arasında tozlanma ancaq arılar vasitəsilə aparılır. Bunun üçün istixananın bütün bölmələrində arılar üçün xüsusi yerlər düzəldilmişdir. Bundan başqa, istixanada çoxlu sayda bildirçin də saxlanılır. Onlar burada olan həşaratları məhv etmək üçündür. Xəstəlik vurmuş yarpaqlar isə işçilər tərəfindən qoparılaraq istixanadan çıxarılır”.

Söhbət zamanı onu da öyrəndik ki, müəssisə pomidoru əsasən Rusiya və Gürcüstana ixrac edir. Bağlanmış müqaviləyə əsasən, Gürcüstana həftədə 15 ton məhsul göndərilir. Rusiya bazarlarına da hər gün xüsusi çeşidləmə qablarnda xeyli pomidor yola salınır.

“Karvan-L” EKO sənaye parkının 6 hektar alma, 12 hektar ərik, badam, fındıq, alça və s. meyvə bağı da var. Hazırda həmin bağlardakı meyvələr yığılır. Yüksək standartlarda qablaşdırılan həmin meyvələr də xarici ölkələrə ixrac edilir.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video