17:40 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Karl Benzin benzinli...

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
01:45 25.09.2021

 

Buxarlı avtomobillər uzun müddətə hazırlanırdı və üstəlik onların idarə olunması kifayət qədər çətin idi. Odur ki, digər yanacaqla işləyən mühərrikə ehtiyac var idi. Bu cür yanacaqlı ilk avtomobilin uğurlu cəhdini isə 1885-ci ildə Karl Benz etdi. Lakin o maşını hazırlayarkən bir çox təzyiqlə üzləşdi.

Həmin zaman alman imperatoru və kilsə nümayəndələri bu kəşfi yararsız vasitə adlandırır, istehsalına mane olmaq üçün müxtəlif yollara əl atırdılar. Hətta avtomobil hazırlanandan sonra fabrikin qarşısına ictimaiyyətə nümayişi əngəlləmək üçün əsgərlər düzülmüşdü. Bu zaman Karl Benzin həyat yoldaşı Berta Benz avtomobili arxa qapıdan çıxararaq 2 oğlu ilə birlikdə sürməyə başlayıb. Maşın test sürüşlərində yalnız düz yollarda iradə edildiyi üçün Berta avtomobili kələ-kötür yollara salarkən bir çox problemlərlə qarşılaşıb və yolboyu avtomobili təmir edərək yoluna davam edib. Beləcə, 106 kilometrlik məsafəni uğurla qət edərək anasının evinə çatıb. Bununla da Almaniya əhalisi benzinlə hərəkət edən ilk  avtomobillə tanış olub. Yeri gəlmişkən, dünyanın ilk uzun məsafəli səyahətini edən Berta Benzin yolboyu müxtəlif hissələrə müdaxiləsi avtomobilin mexanizminin quruluşunda əsaslı dəyişikliklərə səbəb olmuşdu.

1886-cı ildə ilk dəfə patenti alınan bu avtomobil 25 ədəd istehsal edilib. 2 böyük arxa və kiçik ön təkərlərdən ibarət olan maşının görünüşü at arabasına bənzəyirdi. Çəkisi 120 kiloqram olan avtomobilin sürəti isə saatda 16 kilometr idi. “Benz Patent Motor Car” adlanan bu maşın hazırda Kaliforniyadakı Mercedes-Benzin Klassik Kolleksiya Mərkəzində saxlanılır.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM