18:43 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Kardioloq: “COVID-19 virusu ürəyin əzələ qatının zədələnməsinə səbəb olur”

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:24 12.09.2021

 

“Qarşıdan payız gəlir. Havalar tədricən soyuyacaq. Havalar soyuduqca ürəktutmaları, ani ürək dayanması, infarkt hallarının sayı artır. Orqanizm soyuduğu zaman ürək daha da aktivləşir, daha sürətli döyünərək istilik itkisinin qarşısını almaq üçün qanı sürətlə orqanlara ötürür. Lakin xəstə və çatışmazlığı olan ürək kifayət qədər aktivlik nümayiş etdirə bilmədiyi üçün problemlər meydana çıxır. Soyuq və qarlı havalarda insan orqanizmində damarlarda spazmlar, yəni sıxılmalar baş verir ki, bu da öz növbəsində ürəyə düşən yükü artırır. Beləliklə də, ürək əzələlərinin oksigenə tələbatı artır. Sıxılmaya uğrayan damarlar ürək əzələsini oksigenlə təmin edə bilmədiyindən xüsusən xəstə ürəkdə problemlər meydana çıxır. Beləliklə, soyuq havalarda miokard infarktı və digər ürək-damar xəstəliklərinin sayı artır. Bununla yanaşı, havaların soyuması infeksion xəstəliklərin artımına da səbəb olur ki, bu da öz növbəsində ürək-damar xəstəliklərinə mənfi təsir göstərir. Qış aylarında yüksəkkalorili qidaların qəbulu, hərəkət aktivliyinin azalması da ürək sağlamlığına mənfi təsir göstərir”.

Bu barədə AZƏRTAC-a Mərkəzi Neftçilər Xəstəxanasının kardioloqu Səadət Qocayeva məlumat verib.

Kardioloq bildirib ki, ürək xəstələri mövsümi qaydalara əməl etməlidirlər. Yəni qışda infarkt riskini artıran soyuq hava üçün tədbirlər görməlidirlər: “Ayaq damarlarında problemi olan xəstələrin ayaqlarını hissetmə çətinliyi yaranır. Üstəlik, xəstə diabetdən əziyyət çəkirsə, hiss itkisi daha çox olur. Bu kimi problemi olan insanlar qışda çölə çıxarkən mütləq yun corab geyinməlidirlər. Eyni zamanda gecə yatarkən yun corab geyinərək ayaqlarını isitmələri sağlamlıq baxımından faydalıdır. Ürək xəstələri qışda küçəyə çıxarkən şal, yaylıq, papaq taxmalı və ciblərinə həkim tərəfindən təyin edilən dilaltı həb qoymalıdırlar. Çölə çıxarkən ağız, burun şalla bağlanmalıdır. Ürək xəstələri havanı udarkən mümkün qədər havanı isidərək daxilə çəkməlidirlər. Bu həm damar spazmının, həm də yuxarı tənəffüs yolu infeksiyalarının qarşısını alacaq. Ürək xəstələrinə üzü küləyə qarşı getmək olmaz. Yəni çalışmaq lazımdır ki, külək birbaşa sinəyə təmas etməsin. Onlar toxqarına soyuq havada piyada gəzməməlidirlər.

Ürək xəstələrinin qış qidalanmaları xüsusi təyin edilməlidir. Bədənin soyuğa və infeksiyaya qarşı dözümlü olması üçün xəstənin kifayət qədər kalori qəbul etməsi şərtdir. Yeməklər çox ağır, tərkibində heyvan yağı və qırmızı ət olmamalıdır. Bunların əvəzinə meyvə-tərəvəz xüsusən çiy halda yeyilməlidir. İllərdir ki, ürək xəstələrinə yumurta qadağan edilib. Lakin son zamanlar aparılan araşdırmalar sübut edir ki, omega-3 - omega-6 tarazlığı pozulduğu üçün xəstələrin yumurta yeməsinə heç bir məhdudiyyət yoxdur”.

Mütəxəssisin sözlərinə görə, yaşlı insanların bu mövsümdə qrip əleyhinə peyvənd olunmasının ürək sağlamlığının qorunmasına müsbət təsiri var.

“Son iki ildə çox danışılan, həyat tərzimizə təsir edən yeni növ koronavirus (COVID-19) infeksiyası ürək-damar sistemi xəstəliyi olan insanlarda daha riskli sayılır. Xüsusilə təzyiq xəstələri, ürək çatışmazlığı olanlar, infarkt, eləcə də ürək əməliyyatı keçirənlər yüksək risk qruplu xəstələr sayılır. Yəni həmin xəstələr koronavirusdan daha çox qorunmalıdırlar. Həmin virus tənəffüs orqanlarını zədələyir ki, bu da orqanizmdə oksigen çatışmazlığına səbəb olur. Belə halda orqan və toxumalara oksigen çatdırmaq üçün ürək daha sürətli işləməyə başlayır. Bu da miokard infarktının yaranmasına səbəb ola bilər. Digər tərəfdən COVID-19 virusu ürəyin əzələ qatının zədələnməsinə səbəb olur ki, bu da miokardit xəstəliyini yaradır. Bütün bunları nəzərə alaraq ürək xəstələri, ilk növbədə, koronavirus əleyhinə peyvənd olunmalıdırlar”, - deyə S.Qocayeva qeyd edib



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM