28 Avqust 2021 00:32
396
Elm və texnika
A- A+

Kapitalizmə ilk addım

 

Bu gün pul maddi ehtiyaclarımızı ödəmək üçün mübadilə vasitəsidir. Standart pul vahidlərinin mövcudluğundan əvvəl insanlar qarşılıqlı mübadilə və s. kimi məqsədlər üçün mis, tunc, gümüş, qızıl kimi dəyərli metallardan istifadə edirdilər. Hətta bəzən onlar alış-veriş əsnasında malları başabaş dəyişdirirdilər.

Sonrakı dövrlərdə qiymətli metallardan olan məmulatlardan səyahət edənlərin, tacirlərin istifadəsi daha çox müşahidə olunurdu. Lakin həmin sikkələrin standart çəkiləri olmadığı üçün onların miqdarının hər dəfə yoxlanılması zərurəti yaranırdı. Bu da çox vaxt aparan proses olduğuna görə ticarətdə əlverişli hesab edilmirdi. Bu səbəblə standart çəkisi olan vahid sikkələrə ehtiyac yaranırdı.

Dünyaya məlum olan ən qədim sikkə eradan əvvəl 7-ci əsrdə zərb edilən “Lidiya stateri”dir. Lidiya stateri qızıl və gümüşün ərintisindən hazırlanırdı. Tərkibinin təxminən 55 faizini qızıl, 45 faizini gümüş və misin qarışığı təşkil edirdi. Sikkənin davamlı olması əsas şərt olduğu üçün gümüşə əlavə edilən mis önəmli rol oynayırdı. Pula mis qatılması onun dəyərini bir qədər aşağı salsa da, bu sikkənin qızılı rəngdə görünməsinə mane olmurdu. Onun kəsimi düzbucaqlı və ya paxlayabənzər formada idi, ağırlığı isə təxminən 220 buğda dənəsinə bərabər olardı. Sikkələr Lidiyanın paytaxtı Sardisdə, şəhəri əks etdirən dizaynla hazırlanırdı. Ön hissədə “Lidiya aslanı”nın təsvir edilməsi isə sikkənin krallığa aid olduğunu göstərirdi. Bu pullar ticari dövriyyədə rahatlıqla istifadə oluna bilərdi. Lidiya kralı Kroesusun dövründən etibarən sikkələr ayrı-ayrılıqda qızıl və gümüşdən zərb edilməyə başladı. Lidiya stateri kifayət qədər məşhurlaşandan sonra bir çox ətraf mədəniyyətlər də bu sikkə modelini təqlid edərək bənzər nümunələr hazırlayırdılar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video