18:20 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Kaliforniyanın ikinci ən böyük şəhərində oktyabrın 18-i Azərbaycan Günü elan olunub
ANA SƏHİFƏ / SİYASƏT
09:54 14.10.2021

 

Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San-Dieqo şəhərinin meri Tod Qloria xüsusi bəyannamə imzalayaraq, 18 oktyabr tarixini San-Dieqo şəhərində “Azərbaycan Müstəqilliyinin Bərpası Günü” elan edib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Bəyannamədə bildirilir ki, Azərbaycan 1991-ci ilin oktyabrın 18-də müstəqilliyini bərpa edərək, özünü 1918-ci ilin 28 may tarixində yaradılmış, müsəlman dünyasında ilk dünyəvi respublika olan və qadınlara ilk dəfə səsvermə hüququ verən Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib.

Qeyd olunur ki, Azərbaycan 30 il ərzində öz müstəqilliyini və suverenliyini möhkəmləndirərək, ABŞ-ın Cənub Qafqaz bölgəsində strateji müttəfiqinə və ən böyük ticarət tərəfdaşına çevrilib. Həmçinin vurğulanır ki, bu gün Azərbaycan beynəlxalq aləmdə müsəlman, xristian və yəhudilərin sülh və harmoniya içərisində yaşadığı uğurlu model kimi tanınır.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu və Los-Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev San-Dieqo şəhərinin meri T.Qloriyaya təşəkkür edərək, San-Dieqo ilə Bakı arasında 2011-ci ildə yaradılmış və çoxsaylı tədbirlər və qarşılıqlı səfərlərlə son 10 il ərzində gücləndirilmiş tərəfdaşlıq münasibətlərindən məmnunluğunu bildirib. Oktyabrın 18-də Bakı-San-Dieqo tərəfdaşlığının 10-cu ildönümünün də tamam olduğunu qeyd edən baş konsul, bu münasibətlərin qarşıdakı dövrdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM