05:30 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Kainatın yaradılışı

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:10 17.07.2021

 

Ucsuz-bucaqsız qalaktikada insanın yeganə yaşayış məskəni olan dünyanın yaranış prosesi uzun illər boyu müxtəlif fərziyyələrin meydana çıxmasına səbəb olub. Kainatın başlanğıcı barədə bir çox nəzəriyyələr var. Bunlardan ən məşhuru Böyük Partlayışdır. Burada kainatın 13.8 milyard yaşının olduğu iddia edilir.

Yerin tarixi haqqında müxtəlif araşdırmalar ortaya çıxsa da, bir çox tədqiqatçılar planetimizin təxminən 5 milyard il əvvəl yarandığı qənaətindədirlər.

Elmi nəzəriyyələrə əsasən, ən böyük ulduz olan Günəş kainatda yalnız toz qırıntıları ilə əhatələnmişdir. Cazibə qüvvəsinin təsiri nəticəsində toz parçaları bir-biri ilə birləşib kiçik qayaları əmələ gətirmişdir. Milyonlarla illər ərzində bu qayaların birləşməsi nəticəsində Günəş sistemini əhatə edən planetlərdən olan Yer yaranmışdır. İlk vaxtlarda tamamilə yararsız görünən planetdə sonradan yaranan həyat hər şeyi dəyişmişdir.

Planet meteor yağışına məruz qalmışdır. Hər meteor parçasında su damlası olmuşdu. Bu da yer səthində suyu yaratmışdır. Bununla da Yerin yüksək temperaturu sürətli şəkildə azalmışdır. Dənizlər, okeanlar məhz bu su damlalarından meydana gəlmişdir. Yenidən yağan meteorlar isə özləri ilə birlikdə mineralları gətirmişdir.

Meteorlarla düşən minerallar suda oksigenin yaranmasına səbəb olmuşdur. Dalğalar vasitəsilə isə oksigen atmosferə təsir etməyə başlamışdır. İllər keçdikcə oksigenin səviyyəsi artmış, canlıların yaşaması üçün ehtiyaclar tamamlanmışdır.

Dəniz və okeanların dərinliklərində ibtidai canlılar yaranmağa başlamışdır. Növbəti dövrlərdə dinozavrlar, quşlar, yosunlar təbiətdə görünmüşdür.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM