“Kabinetim” ilə yeniliklərdən ilk sən xəbərdar ol
“Azercell”in unikal mobil tətbiqinin yenilənmiş versiyası artıq bütün platformalarda mövcuddur.
Abunəçilərə öz nömrəsinə tam nəzarət etmək, balansı artırmaq, tarif və internet paketlərini sifariş edib dəyişdirmək, tətbiqlərə qoşulmaq imkanı verən “Azercell”in “Kabinetim” mobil əlavəsinin daha da təkmilləşdirilmiş versiyası istifadə üçün hazırdır.
“Kabinetim”in yeni versiyasında təqdim edilən ən son təklifləri nəzərdən keçirmək üçün istifadəçilərin heç bir bölməyə keçid etməsinə ehtiyac yoxdur. Belə məlumatların “Kabinetim” hesabının ana səhifəsində əks olunması abunəçilərə xüsusi endirim və təkliflərdən dərhal yararlanmaq imkanını yaradır.
Tətbiqin yeni versiyasında, həmçinin, “push” bildirişlərlə bağlı istifadəçi təcrübəsi təkmilləşdirilib. Bununla da abunəçilər hətta tətbiq açıq olmasa belə, təqdim olunan yeniliklər, kampaniyalar və digər məlumatlara ani giriş imkanı qazanmış olurlar.
Abunəçilərin işini hədsiz dərəcədə asanlaşdıran “Kabinetim” həm iOS, həm də Android əməliyyat sistemlərində çalışır. Tətbiqi abunə haqqı olmadan App Store, PlayStore və Huawei AppGallery-dən pulsuz yükləmək mümkündür. “Kabinetim” avtomatik yenilənmədiyi təqdirdə, yükləmə üçün bit.ly/Kabinetim keçidindən istifadə etmək olar. Həmçinin *110# kodunu yığmaqla da tətbiqi yükləmək üçün birbaşa keçid linki əldə etmək mümkündür.
“Kabinetim”lə “Azercell”in IVI, Bookmate, NNTV, SberZvuk və BluTV tətbiqlərinə abunə olmaq, həmçinin onları dostlarınla paylaşıb bonus balans qazanmaq mümkündür. Qeyd edək ki, “Kabinetim” tətbiqini yalnız smartfon deyil, həm də rahatlıqla veb platformada işlətmək mümkündür. Proqramdan istifadə zamanı meqabaytlar xərclənmir. Tətbiqin funksiyalarından faydalanmaq üçün, sadəcə, “Azercell” nömrəsi qeydiyyatdan keçirilməlidir.
“Azercell” şirkəti abunəçilərinə ən yaxşı rəqəmsal təcrübəni bəxş etmək məqsədilə “Kabinetim” tətbiqini daim inkişaf etdirəcək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Rusiya XİN: Moskva Qarabağ ermənilərinin bir hissəsinin qayıtmaq istədiyi barədə informasiya alır ...
04 Oktyabr
Maldiv Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya
04 Oktyabr
Ağsuda Antik dövrə aid nekropolda aparılan tədqiqat yekunlaşıb
04 Oktyabr
“Xəzri-2023” birgə taktiki təlimində Azərbaycan və Qazaxıstanın hərbi dənizçiləri yüksək peşəkarlıq ...
04 Oktyabr
İcma: Ermənilərin Qarabağa qayıtmasının vacibliyini vurğulayan Toyvo Klaarın Qərbi azərbaycanlıların...
04 Oktyabr
Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding” arasında əməkdaşlıq memorandumu imzalanıb ...
04 Oktyabr
AMADA-nın direktoru Avropa Şurası ölkələrinə müraciət edib
04 Oktyabr
Leyla Abdullayeva: Fransanın Ermənistana göstərə biləcəyi ən böyük yardım onu sülh müqaviləsini imza...
04 Oktyabr
Rusiya XİN: Zəngəzur dəhlizinin açılması üzərində iş davam edir
04 Oktyabr
Hindistanda daşqınlar nəticəsində azı 30 nəfər itkin düşüb
04 Oktyabr
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan şərtlərini elan etdi04 Oktyabr 2023

O, müasir dünya siyasətini gözəl bilir03 Oktyabr 2023

Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib Prezid...02 Oktyabr 2023

Böyük inamın 20 illik təntənəsi01 Oktyabr 2023

Naxçıvandan türk dünyasına: Səmimi qardaşlıq, strateji müttəfiqlik, dinamik inkişaf29 Sentyabr 2023

ÇOX OXUNANLAR
Böyük liderlik missiyası03 Oktyabr 2023

Ümummilli savaş01 Oktyabr 2023

İLHAM ƏLİYEVİN "DƏMİR YUMRUĞU" VƏ İFLASA UĞRAYAN LAYİHƏ30 Sentyabr 2023

Sonsuz təşəkkürlər, CƏNAB PREZİDENT!29 Sentyabr 2023

İKİ GÖZ YAŞI27 Sentyabr 2023

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...25 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!