04 Oktyabr 2021 19:16
697
DÜNYA
A- A+

Kabildə kitabxanalar, nəşriyyatlar və kitab mağazalarının 95 faizi bağlanıb

 

Son iki ay ərzində ölkədə yaranmış ağır iqtisadi vəziyyət nəticəsində Əfqanıstanın paytaxtı Kabildə kitabxanaların, nəşriyyatların və kitab mağazalarının azı 95 faizi bağlanmışdır. Bu barədə “TOLONews” telekanalı xəbər verir.

Yerli Naşirlər Assosiasiyasının prezidenti Səid Əhməd Səidin dediyinə görə, “Kabildəki kitabxanaların 95 faizi maliyyə çətinliyi ucbatından bağlanmışdır. Hazırkı vəziyyət satıcıları və kitab naşirlərini də ağır vəziyyətə salmışdır. Çörək və geyim ala bilməyən adamların təbii ki, kitab yadına düşmür”.

Öz növbəsində, əfqan şairi və yazıçısı Cavid Fərhad bildirmişdir ki, “hazırda əhali təkcə iqtisadi deyil, həm də mədəni böhran yaşayır və bu, bizim inkişafımız üçün böyük fəlakətdir”.

Telekanalın xəbərinə görə, “Taliban” hakimiyyətə gəlməmişdən əvvəl ölkədə 180 nəşriyyat (onlardan 90-ı Kabildə) və 525 kitab mağazası (280-i Kabildə) fəaliyyət göstərirdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video