07:49 23 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:35 23.09.2021

Yolumuz Qarabağadır!


00:33 23.09.2021

Əbədiyaşar aktyor


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Jurnalistlərin münaqişə zonasında davranışlarına dair təlim proqramı başa çatıb

ANA SƏHİFƏ / CƏMİYYƏT
01:04 06.08.2021

 

Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyi, ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə avqustun 1-dən 5-dək keçirilən “Jurnalistlərin münaqişə ərazilərində davranışları: Təhlükəsizlik və mühafizə qaydaları” mövzusunda təlim proqramı başa çatıb. 

AZƏRTAC xəbər verir ki, bağlanış mərasimində çıxış edən Medianın İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov təlimlərin hazırkı şəraitdə böyük praktiki əhəmiyyət daşıdığını bildirib. O, Medianın İnkişafı Agentliyinin bundan sonra da bu məzmunda keçiriləcək təlimlərə dəstək verəcəyini vurğulayıb.

Qeyd edək ki, proqram çərçivəsində Əl-Cəzirə Media Şəbəkəsinin heyəti tərəfindən Azərbaycan Media nümayəndələri üçün “Jurnalistlər üçün risk təhlili və əməliyyat planlaşdırılması”, “Xəbər toplamaqda riskin qiymətləndirilməsi”, “Ballistik təhlükə”, Şəxsi təhlükəsizlik”, “Zərərçəkənlərin qiymətləndirilməsi”, “Nümayiş və ictimai qarışıqlıq”, “Minalar və əldə hazırlanmış partlayıcı qurğular haqqında məlumat”, “Yara və qanaxmanın idarə olunması”, “Səyahət təhlükəsizliyi”, “Hava hücumu və dron haqqında məlumat”, “Bədəndə yaranmış qırıq hallarının idarə olunması”, “Yanğının idarə olunması”, “Qaçırılma və xüsusi risklər”, “Praktiki və təlim reviziyası”, “Planlaşdırma və risk qiymətləndirmə testi”, “Yekun praktiki ssenari test” mövzularında təlimlər keçirilib. Təlim zamanı real praktik misallardan istifadə edilməklə, iştirakçılara müvafiq mövzularla bağlı məlumatlar verilib.

Təlim proqramının sonunda müxtəlif media subyektlərindən olan 19 nümayəndəyə sertifikatlar təqdim edilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM