18:39 30 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
11:39 30.07.2021 Şuşanın dağları
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İTALİYA 1/8 FİNALDA

ANA SƏHİFƏ / İDMAN
01:16 18.06.2021

 

İtaliya - İsveçrə - 3:0

Qollar: Lokatelli, 26, 52, İmmobile, 89

Baş hakim: Sergey Karasyov (Rusiya)

Roma. Olimpiya Stadionu

 

A qrupunun digər matçında isə Romada İtaliya yığması İsveçrə millisini qəbul edirdi. Nümayiş etdirdiyi oyunla azarkeşlərə əsl futbol bayramı yaşadan italyanlar turnirin favoritləri sırasında göstərilirlər. İsveçrə ilə matça da daha sürətli başlayan Roberto Mançininin komandası meydançanın rəqibə aid hissəsində tətbiq etdiyi pressinqlə İsveçrənin müdafiədən oyun qurmasına imkan yaratmadı. Bu isə isveçrəlilərin oyun planından qopmasına səbəb oldu.

Lokatelli, İmmobile, Barella kimi müxtəlif oyun formatlarında çıxış etməyi bacaran futbolçuların olduğu italyanlar bu matçdan da 3:0 hesablı qələbə ilə ayrılaraq 1/8 finala yüksəldilər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM