18:03 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İsveçdə güclü partlayış nəticəsində azı 20 nəfər xəsarət alıb
 
ANA SƏHİFƏ / DÜNYA
19:10 28.09.2021

İsveçin Höteborq şəhərində yaşayış binasında baş verən güclü partlayış nəticəsində 20-dən çox şəxs xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, xəsarət alan şəxslər dərhal xəstəxanalara çatdırılıblar. Onlardan azı dörd nəfərinin vəziyyəti ağırdır. Bina sakinlərinin bir neçəsi xilas olmaq üçün pəncərədən yerə atılıblar.

Əraziyə polis əməkdaşları, xilasetmə və təcili yardım briqadaları cəlb edilib. Hadisə bölgəsindən yüzlərlə sakin müvəqqəti təxliyə edilib.

İsveçin Baş naziri Stefan Löven hadisə ilə bağlı mətbuat konfransı keçirib. O, hadisədən zərər çəkənlərə hərtərəfli kömək göstəriləcəyini bildirib.

Partlayışın səbəbləri hələlik açıqlanmayıb. Araşdırmalar davam etdirilir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM