20 May 2014 04:05
417
Səhiyyə
A- A+

İsveç alimləri sübut etmişlər ki, insan orqanizmində D vitamininin çatışmazlığı ömür müddətini azaldır

İsveç alimləri sübut etmişlər ki, günəş şüasından əldə olunan D vitamininin insan orqanizmində çatışmazlığı ömür müddətini azaldır. 

İsveç Kral Karolin İnstitutu alimlərinin tərtib etdikləri diaqramda orqanizmdə D vitamininin miqdarından asılı olaraq insanın ömür müddəti əks olunur. Tədqiqatda təxminən 30 min qadın iştirak etmişdir. Onlardan xahiş etmişlər ki, günəş altında nə qədər vaxt keçirmələri, günəş şüasından qorunma vasitələrindən nə dərəcədə tez-tez istifadə etmələri və solyariyə neçə dəfə getmələri barədə ətraflı gündəlik yazsınlar.
İsveç tədqiqatçıları araşdırmaların nəticələrinə əsasən, insanlara tez-tez günəş vannası qəbul etməyi məsləhət görürlər, çünki orqanizmdə D vitamini məhz ultrabənövşəyi şüanın köməyi ilə əmələ gəlir.
Lakin unutmaq olmaz ki, günəş şüaları altında uzun müddət olmaq da sağlamlıq üçün ziyandır. Üstəlik, qədərindən artıq günəş şüası dəri xərçəngi əmələ gətirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video