25 Iyul 2021 00:33
858
Elm və texnika
A- A+

İstifadəsinə 4 dəfə qadağa qoyulmuş türk qəhvəsi

 

Bu gün türk qəhvəsi dünyada ən çox sevilən qəhvələrdəndir. Türk qəhvəsi mədəniyyəti və ənənəsi 2013-cü ildən hətta UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və qəhvə sahəsində ilk və iki mədəniyyətdən biri olaraq qeydiyyata alınıb.

Osmanlı imperiyasında uzun müddət qəhvə geniş şəkildə istifadə edilib. Lakin qəhvə insanları bir araya gətirərək “çox” sosiallaşdırdığı üçün onun istifadəsinə müxtəlif bəhanələrlə dörd dəfə qadağa qoyulub.

İlk qadağa Qanuni Sultan Süleyman dövrünə təsadüf edir. Bu qadağanı dövrün şeyxi əl-İslam Ebusuud Mehmed Əfəndi qəhvənin “günahkarların içkisi” olduğunu və “kömür səviyyəsində qovrulmuş maddələrin yeyib-içməyin caiz olmadığını” söyləyərək onun istifadəsinin haram olduğunu bəyan edib. Buna görə də qəhvə gətirən gəmilərdəki yüklər qadağaya görə dənizə tökülürmüş.

Qəhvənin ikinci qadağası III Sultan Muradın dövründə elan edilib. Lakin dövrün liderləri və din alimləri bu qadağaya qarşı çıxdıqları üçün 1587-ci ildə ləğv olunub.

Üçüncü qadağa Sultan I Əhmədin dövründə baş verib. Dördüncü və son qadağa isə Sultan IV Murad tərəfindən İstanbuldakı böyük yanğınlara qəhvəxanaların səbəb olması bəhanəsi ilə qoyulub. 1633-cü ildə elan edilmiş bu qadağa ən sərt və ən uzunmüddətli qəhvə qadağası olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video