29 Oktyabr 2011 02:10
406
İQTİSADİYYAT
A- A+

İstehlak mallarının qiymətləri necədir

 

2011-ci ilin sentyabr ayında istehlak mallarının qiymətlərində və xidmət tariflərində ondan əvvəlki aya nisbətən 1,1, keçən ilin yanvar-sentyabr aylarına nisbətən isə 8,4 faiz bahalaşma müşahidə edilib.

Bu barədə məlumatı Dövlət Statistika Komitəsindən almışıq. Məlumatda o da bildirilir ki, sentyabr ayında ət məhsulları 2,5, yağ və piylər 0,6, süd məhsulları, pendir və yumurta 0,8, qənd, cem, bal, şokolad və konfetlər 0,3, balıq məhsulları 1,2, tərəvəz 10,9, qəhvə, çay, kakao 0,4 faiz bahalaşıb. Meyvə və ondan hazırlanmış məhsullar 4,3 faiz ucuzlaşıb. Ümumilikdə isə ərzaq məhsullarının qiymətləri indeksi 101,9 faiz təşkil edib.

Qeyri-ərzaq mallarının da bəzi qruplarında bahalaşma, digərlərində isə ucuzlaşma müşahidə olunub. Əhaliyə göstərilən pullu xidmətlərdən isə ötən ayda təhsil haqları tariflərində bahalaşma, beynəlxalq və MDB ölkələrinə hava sərnişindaşıma tariflərində ucuzlaşma olub. Bu ilin sentyabr ayında istehlak qiymətlərinin bazis indeksi  avqust ayına nisbətən 0,7, əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən isə 5,9 faiz bahalaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video