08 Iyul 2021 21:26
761
İQTİSADİYYAT
A- A+

İstanbuldakı Avrasiya İqtisadi Zirvəsində Azərbaycanın enerji siyasətinin istiqamətlərindən danışılıb  

Azərbaycanın dəstəyi və Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə İstanbulda keçirilən XXIV Avrasiya İqtisadi Zirvəsi çərçivəsində “İnsan cəmiyyətinin ortaq gələcəyi üçün enerji mühitini daha yaxşı vəziyyətə gətirmək” mövzusunda panel iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə SOCAR-ın çoxistiqamətli fəaliyyəti və enerji istehsalı sahəsindəki layihələrinə dair təqdimatı olub.

Azərbaycan energetika nazirinin müavini Samir Vəliyev ölkəmizin enerji siyasəti, bu sahədəki yeniliklər, perspektivdə olan layihələr barədə ətraflı məlumat verib. "Yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi üçün regional maliyyə alətinin yaradılması məsələlərinin vacibliyinə toxunan nazir müavini bildirib ki, dünyada enerjiyə sürətlə artan tələbat bu sahədə ortaq əməkdaşlığı zərurətə çevirir. Yeni enerji mənbələrinin müəyyən edilməsi prioritet vəzifədir. Enerji tələbatındakı çatışmazlıqların təmin edilməsi alternativ enerji mənbələrindən səmərəli istifadəyə bağlıdır. Bu mənada ekoloji baxımdan təmiz enerjiyə keçid mühüm əhəmiyyət daşıyır.

Nazir müavini çıxışında işğaldan azad olunan ərazilərimizdə, Qarabağ bölgəsində enerji mənbələrindən səmərəli istifadə edilməsi ilə bağlı görülən işlər barədə iştirakçılara müfəssəl məlumat verib.

Sonra Vyana İqtisadiyyat Forumunun baş katibi Elena Kırtcheva, Özbəkistanın Strateji İnkişaf Mərkəzinin icraçı direktoru Eldar Tulyakov, Rumıniya senatının sabiq sədri Teodor Melescanu, Cənubi Afrika parlamentinin deputatı Zolani Mkıva mövzu ətrafında fikirlərini bölüşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video