18:57 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İsrailli ekspert Cənubi Qafqazda yeni geosiyasi reallıq barədə danışıb
ANA SƏHİFƏ / SİYASƏT
16:42 13.10.2021

 

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda geosiyasi reallıq tamamilə dəyişib və Azərbaycan bu müharibədə qalib gələrək bir daha sübut edib ki, o, regionun lider ölkəsidir.

AZƏRTAC xəbər verir ki, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut bu barədə “Reshet Bet” radiostansiyasının israillilər arasında çox populyar olan “Beynəlxalq saat” proqramının birbaşa efirində danışıb.

Proqramın aparıcısı İranın Azərbaycan ilə sərhəddə hərbi təlimlər keçirməsi barədə sual verib. Arye Qut bu sualın cavabında vurğulayıb ki, İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə müvafiq olaraq Azərbaycanın rəşadəti əsgər və zabitlərinin igidliyi, həmçinin müasir İsrail texnologiyası, o cümlədən İsraildə istehsal edilmiş “Harop” silahından, pilotsuz kəşfiyyat-zərbə uçuş aparatlarından, LORA və “Tammuz” raketlərindən istifadə edilməsi sayəsində öz ərazilərini erməni işğalından azad edib.

İsrailli ekspert deyib: “Birdən-birə nə oldu ki, İran Azərbaycanın işğaldan azad edilmiş əraziləri ilə həmhüdud zonada hərbi təlimlər keçirməyi qərara aldı? 28 il ərzində Ermənistan bu torpaqları işğal edəndə, orada vandalizm və qarətlər törədəndə, 1 milyon azərbaycanlını öz torpaqlarından qovanda İran harada idi, nə üçün bu müddətdə İran bircə dəfə də olsa, Ermənistanı pisləmədi və heç bir hərbi təlim keçirmədi?”

Arye Qut “Reshet Bet” radiostansiyasına müsahibəsində xüsusi vurğulayıb ki, bir neçə ay bundan əvvəl o, erməni işğalından azad edilmiş ərazilərdə səfərdə olub. İsrailli ekspert qeyd edib ki, Ermənistan İkinci Qarabağ müharibəsində tam geosiyasi, diplomatik və hərbi fiaskoya uğrayıb.

Arye Qut deyib: “44 gün ərzində “şanlı erməni ordusu”nun imici puç oldu, bu işğalçı ordu darmadağın edildi. Məgər Qarabağı özününkü adlandıran ölkə şəhərləri beləcə məhv edə, onları kabuslara çevirə bilərmi? Bəs, “məzlum müsəlmanların müdafiəçisi və tərəfdarı” olan “ədalətli” İran bu müddətdə harada idi?

Proqramın aparıcısı “İsrail qüvvələri”nin Azərbaycan ərazisində olması barədə sual verib. Arye Qut bu sualın cavabında vurğulayıb ki, demək olar hər ay və ya iki ayda bir dəfə Azərbaycanda olur və “İsrail qüvvələri”nin nümayəndələrini heç vaxt orada görməyib.

“İran Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. İran başa düşməlidir ki, Avrasiyada heç bir dövlət İsraillə Azərbaycandan daha sıx, səmimi, strateji dostluq münasibətlərinə malik deyil”, - deyən Arye Qut vurğulayıb ki, hazırda İsraildə Azərbaycan səfirliyinin olmamasına baxmayaraq, bu ölkə artıq 30 ildir Təl-Əviv ilə möhkəm, çoxşaxəli və sıx dövlətlərarası münasibət saxlayır.

Ekspert deyib: “Vurğulamaq çox vacibdir ki, İsrail-Azərbaycan münasibətləri strateji hərbi-texniki tərəfdaşlıq xarakteri daşıyır, iki ölkənin hökumətlərarası komissiyası fəal iş aparır, onların arasında yüksək səviyyəli etimad və daimi dialoq mövcuddur”.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesi barədə sualın cavabında Arye Qut vurğulayıb ki, Azərbaycan hökuməti və Azərbaycan xalqı əmindir: azad edilmiş rayonların fəal surətdə abadlaşdırılması tezliklə Qarabağı bütün ölkənin iqtisadi inkişafının aparıcı qüvvəsinə çevirməyə imkan verəcək.

Arye Qut “Reshet Bet” radiostansiyasının israillilər arasında çox populyar olan “Beynəlxalq saat” proqramının birbaşa efirində müsahibəsinin sonunda deyib: “Mən bir sıra rayonlarda olmuşam və Azərbaycanın hansı start mövqelərindən fəaliyyətə başlamasını görmüşəm. İşğalçı erməni ordusunun törətdiyi vandalizmin ağır nəticələrinə baxmayaraq, rəsmi Bakı doğma Qarabağın yenidən qurulması və dirçəldilməsi barədə qərar qəbul edib.

Şuşada Molla Pənah Vaqifin məqbərəsi və Bülbülün ev-muzeyi bərpa olunub. Böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ev-muzeyi bərpa edilir. Yeddi ay ərzində Füzulidə yeni innovasiyalı beynəlxalq aeroport tikilib və beləliklə Qarabağın həqiqətən bərpası başlanıb. Azərbaycan Qarabağın həqiqi sahibi kimi bu diyarı bərpa edir.

Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Azərbaycanın hakimiyyət orqanlarının niyyətinə görə, burada yaxın gələcəkdə beynəlxalq musiqi və mədəniyyət festivalları keçirilməyə başlanacaq, şəhər özü isə ölkənin turizm vizit vərəqlərindən birinə çevriləcək”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM