10:31 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İsrail portalı: Azərbaycan tolerantlıq vahəsidir
 
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:03 16.09.2021

İsrailin https://www.makorrishon.co.il xəbər portalında “Dini və dinlərarası münaqişələrin əhatə olunduğu regionda Azərbaycan tolerantlıq vahəsidir” sərlövhəli məqalə yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, siyasi şərhçi Reyçel Avrahamın müəllifi olduğu məqalədə qeyd edilir ki, Yaxın Şərqdə dinlərarası müharibələrin və dini münaqişələrin qızışdığı bir vaxtda, Xəzər dənizi sahilində yerləşən Azərbaycan multikulturalizm, dini tolerantlıq və plüralizm vahəsi kimi qalmaqdadır. Azərbaycan yer üzündə yəhudilərin “Davud ulduzu” medalyonunu rahat gəzdirə biləcəyi və gecə sinaqoqlarda qorxmadan ibadət etdiyi nadir müsəlman ölkələrindən biridir. Azərbaycanlılar üçün bu, milli qürur məsələsidir.

Reyçel Avraham Azərbaycan Prezidenti İlham Əliyevin yəhudi xalqının Yeni ili münasibətilə yəhudi icmasına təbrik müraciəti ünvanladığını xatırladıb. O, bu yaxınlarda Azərbaycana səfəri zamanı ölkəmizdə erməni kilsəsinin qorunub saxlanıldığının, bütün icmalar, o cümlədən yəhudi icması üçün hər cür şərait yaradıldığının şahidi olduğunu vurğulayıb. O yazıb: “…yəhudi icmasının bir çox üzvünün ivrit dilində sərbəst danışdığını gördüm, çünki bu dil Azərbaycanda dövlət tərəfindən maliyyələşdirilən bütün yəhudi məktəblərində tədris olunur. Halbuki, ABŞ və Kanada kimi ölkələr ivrit dilini öyrənən yəhudi tələbələri maliyyələşdirmir”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM