08 Oktyabr 2013 02:10
303
PARLAMENT
A- A+

İsrail Azərbaycanın həm dostu, həm də müttəfiqidir

 

Oktyabrın 7-də Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri  İsrail parlamentinin Sovet Yəhudiləri üzrə Milli Komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüblər. Görüşdə Azərbaycan-İsrail əlaqələrinin dostluq prinsiplərinə söykəndiyi vurğulanıb, oxşar dəyərlərdən söz açılıb. 

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə qonaqları salamlayaraq bildirib ki, İsrail Azərbaycanla həm dost, həm də müttəfiq ölkədir. İki ölkə arasında iqtisadi, siyasi və mədəni sahələrlə yanaşı, texnoloji sahədə də geniş əlaqələr mövcuddur. Bu səbəbdəndir ki, ölkələrimiz arasındakı ticarət dövriyəsinin həcmi 4 milyard dollardan çoxdur. Bu isə Rusiya ilə olan ticarət dövriyyəsindən iki dəfə çoxdur.

Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan A.Mollazadə Azərbaycanın 1 milyondan çox qaçqın və məcburi köçkününün olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, problemlə bağlı beynəlxalq təşkilatların bir neçə qətnamələri var, lakin hələ də bu qətnamələr icra olunmur. O, Xocalı soyqırımından söz açaraq bildirib  ki, İsrail də Azərbaycanın başına gətirilən bu bəlaları yaxşı başa düşür. 

Sovet Yəhudiləri üzrə Milli Komitənin sədri Qrinberq Stiven isə Azərbaycanda böyük yəhudi icmasının yaşadığını diqqətə çatdırıb. Bildirib ki, bu icma Azərbaycanda geniş şəkildə təmsil olunur. "Buraya gəlişimizin məqsədi dostluq əlaqələrimizi, iqtisadi və siyasi sahədəki əməkdaşlığımızı daha da genişləndirməkdir"- deyə Q.Stiven əlavə edib.

Görüş zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, ölkələrarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

 

Elgün MƏNSİMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video