17 Sentyabr 2011 06:09
603
DÜNYA
A- A+

İspaniyada baskların lideri 10 il həbs cəzası aldı

 

İspaniya məhkəməsi bask separatçılarının liderlərindən biri Arnaldo Otegini 10 il müddətinə azadlıqdan məhrum etmişdir. O, fəaliyyətinə qadağa qoyulmuş "Batasuna" partiyasını bərpa etmək cəhdlərinə görə ittiham olunmuşdur. Bu barədə "Frans Press" agentliyi xəbər verir.

"Cadena Ser" radiostansiyasının xəbərinə görə, məhkəmə millətçi LAB həmkarlar ittifaqının baş katibi Rafael Dies barədə də analoji hökm çıxarmışdır. Xatırladaq ki, baskların lideri 2009-cu ilin oktyabrında həbs olunmuşdur. O, terrorçuluğu təbliğ etməkdə və ETA qruplaşmasını dəstəkləməkdə ittiham edilirdi. ETA qruplaşması və "Batasuna" partiyası terrorçu təşkilatlar kimi Avropa İttifaqı ölkələrinin "qara siyahı"sındadır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video