14:51 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

«İRS-Herencia» ispandilli jurnalının «Müstəqilliyə gedən yol: 20 ilə retrospektiv baxış» adlı nömrəsi çap olunmuşdur
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:02 10.02.2012

 

Azərbaycan Respublikasının Argentinadakı səfirliyinin məlumatına görə, "İRS" jurnalının Buenos-Ayresdə nəşr edilən ispandilli "İRS-Herencia" versiyasının "Müstəqilliyə gedən yol: 20 ilə retrospektiv baxış" adlı növbəti nömrəsi çapdan çıxmışdır. 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, jurnalın əsas mövzusu olan və "müstəqillik izləri" adlanan hissəsində Qanlı Yanvar hadisələri, müstəqilliyin ilk illərində ölkənin qarşılaşdığı çətinliklər və bayrağımızın tarixi barədə oxuculara maraqlı məqalələr təqdim edilir. "Mədəni  irsimiz" bölməsində isə Qarabağ zərgərlik ənənələri və xalçaçılıq məktəbi haqqında bəhs olunur. Ötən ilin Azərbaycanda "Turizm ili" elan olunduğunu nəzərə alaraq son iki - "Ənənələri qoruyaq" və "Turizm" bölmələri turistlər üçün maraqlı ola biləcək məqamları əhatə edir. "Ənənələri qoruyaq" bölməsi xalqımızın qonaqpərvərliyinə həsr olunmuşdur. "Turizm" bölməsində isə Azərbaycanın tarixi abidələrinə, təbiətinə, görməli yerlərinə, ötən ildə turizm sektorundakı yeniliklərə, "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsində ölkəmizin parlaq qələbəsinə, müxtəlif regionların turizm potensialına və tarix ilə müasirliyi özündə birləşdirən Bakının cazibəsinə geniş yer verilmişdir.

Argentinada nəşr olunan bu jurnal dünyanın ispandilli  ictimaiyyətini Azərbaycanın tarixi-mədəni irsi və bugünkü reallıqları ilə tanış etmək üçün əhəmiyyətli mənbədir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM