06 Mart 2021 19:39
703
SİYASƏT
A- A+

İRNA agentliyi Azərbaycan Prezidentinin İƏT-in Zirvə toplantısındakı çıxışından bəhs edən məqalə yayıb

 

İran mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 14-cü toplantısındakı məzmunlu çıxışına geniş yer verib.

AZƏRTAC xəbər verir ki, İRNA saytında “Bakı, Ankara, Tehran beynəlxalq nəqliyyat layihələrinin həyata keçirilməsi üçün vahid mövqedən çıxış edirlər” sərlövhəli məqalə dərc olunub. Qeyd edək ki, bu fikri Prezident İlham Əliyev toplantıdakı çıxışı zamanı səsləndirib və sayt bu sözləri məqalənin sərlövhəsinə çıxarıb.

Materialda Azərbaycan Prezidentinin fikirlərinə istinad olunaraq nəzərə çatdırılıb ki, Qarabağın işğaldan azad olunması regionda siyasi və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Azərbaycan regionda sülh və sabitliyin bərpa olunmasını düşünür və bu istiqamətdə addımlar atır.

Prezident bölgədə nəqliyyat layihələrinin həyata keçirilməsində Azərbaycan, Türkiyə və İranın ortaq mövqedə olduqlarını vurğulayaraq bildirib ki, Ermənistan konstruktiv mövqe tutarsa, bu prosesdən faydalana bilər.

Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respublikasının digər bölgələri arasında nəqliyyat dəhlizinə toxunaraq İƏT-ə üzv ölkələri bu dəhlizdən faydalanmağa dəvət edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video