15:10 25 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İran mətbuatı: Bakı müxtəlif ölkələrdən çox sayda turistin üz tutduğu əsl turistik şəhərdir
ANA SƏHİFƏ / TURIZM
12:36 02.03.2020

Bakı müxtəlif ölkələrdən çox sayda turistin üz tutduğu əsl turistik şəhərdir. Bu mənada, onun alış-veriş mərkəzlərilə tanışlıq hər bir turist üçün əhəmiyyətlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər İranın nüfuzlu İSNA xəbər agentliyinin saytında dərc olunub. Qeyd olunub ki, Bakıda saysız-hesabsız ticarət mərkəzi fəaliyyət göstərir. Onların əksəriyyətində məşhur markalara rast gəlmək mümkündür.

Nizami küçəsi

Əslində alış-veriş səyahətin ən cazibədar hissələrindən biridir. Bakıya səyahət zamanı suvenir almaq eşqinə düşsəniz, Nizami küçəsi ən uyğun yerdir. Odur ki, bu küçəni gəzməyi unutmayın. Çoxsaylı alış-veriş mərkəzlərinin, brend mağazalarının yer aldığı bu küçə həm də paytaxtın ən gözəl küçələrindəndir. Onun adı Nyu-Yorkun, Parisin dəbdəbəli küçələrilə yanaşı çəkilir. Bəzən ona "Bakının Şanzelize prospekti” belə, deyilir.

"Sədərək” Ticarət Mərkəzi

Bakıdakı "Sədərək” Ticarət Kompleksi iranlı turistlər üçün ən uyğun ticarət mərkəzlərindən biri hesab olunur. Burada satılan məhsulların demək olar ki, hamısı xaricdən gətirilir. Lakin "Sədərək”də qiymətlər daha sərfəlidir. Bura pərakəndə satışla yanaşı, həm də ən böyük topdansatış mərkəzlərindəndir.

Beləliklə, keyfiyyətli xarici mal axtaran səyahətçi üçün "Sədərək” Ticarət Mərkəzi yaxşı seçim ola bilər.

"AF Center”

Bakının ən gözəl alış-veriş mərkəzlərindən biri 28 May küçəsində yerləşən "AF Center Baku” ticarət mərkəzidir. Mərkəz metro stansiyasının yaxınlığında yerləşdiyindən, oraya getmək çox asandır. Şəhərin istənilən nöqtəsindən bu mərkəzə rahatlıqla çata bilərsiniz.

Ticarət mərkəzinin sahəsi 16 min kvadrat metrdir. Burada dünyaca məşhur markalara aid məhsullara rast gəlinir. Zövqlü insanlar üçün bu mərkəz ideal alış-veriş məkanıdır.

"Aygün City”

"Aygün City” alış-veriş mərkəzi də münasib qiymətlərilə tanınır. Əgər istəyiniz məhz münasib qiymətlərdirsə, bura ən optimal seçimlərdəndir. Onun fərqli cəhətlərindən biri isə gecə saat 01:00-dək işləməsidir. Burada əyləncə məkanları da fəaliyyət göstərir.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM