01 Oktyabr 2021 00:43
694
İQTİSADİYYAT
A- A+

İqtisadiyyat Nazirliyində Türkiyə şirkətləri ilə müqavilələr imzalanıb

 

Sentyabrın 30-da Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismara verilməsi ilə bağlı Türkiyənin “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətləri ilə müqavilələrin imzalanma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısının “Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncamının icrasının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, bu gün imzalanan müqavilələr Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq təməllərinin möhkəmliyini, eləcə də daim inkişaf etməkdə olan əməkdaşlıq əlaqələrimizi səciyyələndirir. İşğaldan azad edilmiş ərazilərin inkişafı üzrə həyata keçirilən layihələrdə lazımi dəstəyin göstərilməsi ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə, iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə, habelə sonrakı dövrlərdə nəzərdə tutulmuş planların reallaşdırılmasına töhfə verəcək.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev işğaldan azad edilmiş torpaqlarımızın zəngin təbii resurslara malik olduğunu, buradakı yataqların istismara verilməsinin dağ-mədən sənayesinin inkişafında, yeni emal sahələrinin yaradılmasında əhəmiyyətini vurğulayıb, bu sahədə böyük potensialı qeyd edərək yeni yataqların tədqiqi işlərinin aparıldığını bildirib.

Türkiyənin “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətlərinin səhmdarı Mehmet Cengiz imzalanan müqavilələrin ikitərəfli iqtisadi əməkdaşlığa, işğaldan azad edilmiş Azərbaycan ərazilərində müəssisələrin açılmasına, iş yerlərinin yaradılmasına daha bir töhfə olduğunu qeyd edib.

Tədbir çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iqtisadi quruculuq işləri, faydalı qazıntı yataqlarının geoloji öyrənilməsi və istismarına dair təqdimatlar keçirilib.

Sonda Azərbaycan Respublikasının İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə Türkiyənin “Artvin Maden İşletmeleri A.Ş.” şirkəti arasında Azərbaycan Respublikasında Elbəydaş və Ağduzdağ filiz yataqlarının geoloji öyrənilməsi və Azərbaycan Respublikasının İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə Türkiyənin “ETİ BAKIR A.Ş.” şirkəti  arasında Azərbaycan Respublikasında Qaşqaçay filiz yatağının geoloji öyrənilməsi və faydalı qazıntıların çıxarılmasına dair müqavilələr imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev  və “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətlərinin səhmdarı Mehmet Cengiz imzalayıblar. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video