18:38 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Metrologiya İnstitutu” PHŞ açıq tender elan edir

ANA SƏHİFƏ / ELANLAR
00:12 18.09.2021

 

Kütlə, həndəsi və mexaniki ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi laboratoriyası üçün kalibrlənmə sertifikatları ilə birgə ölçmə vasitələrinin satın alınması.

Tender iştirakçıları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda göstərilən satınalma predmeti üzrə öz tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron formada təqdim etməlidirlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, podratçının bu sahədə texniki imkanları və səriştəsi.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Görüləcək işlər satınalma müqaviləsinin qüvvəyə mindiyi gündən 40 bank günü ərzində icra edilməli və hazır məhsul satınalan təşkilata onun inzibati binasında təhvil verilməlidir.

Maraqlananlar 150 manat məbləğində iştirak haqqını “ASAN Ödəniş” vasitəsilə köçürdükdən sonra Əsas şərtlər toplusunu internet Portalı vasitəsilə elektron qaydada ala bilərlər.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər:

Təşkilatın adı: İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak

Bazarına Nəzarət Dövlət Xidməti

“Azərbaycan Metrologiya İnstitutu” PHŞ

VÖEN: 1403750111

Bank rekvizitləri:        Bank: Beynəlxalq Bankın Qaradağ filialı

VÖEN: 9900001881

KOD: 805647

M/h : AZ03NABZ01350100000000002944

SWIFT: IBAZAZ2X

H/H : AZ94IBAZ38090019446268404203

Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər Portalda tələb olunan sənədlər bölməsi üzrə aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-iddiaçının tam adını, onun hüquqi statusunu əks etdirən hüquqi sənədləri və rekvizitləri;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış;

-vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin mövcud olmaması barədə müvafiq vergi orqanından arayış;

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra azı 30 bank günü güvvədə olmalıdır);

 -malgöndərənin ixtisaslarını təsdiq edən sənədlər (malgöndərənin təcrübəsi və fəaliyyət müddəti barədə, kadr potensialı və işçi qüvvəsi haqqında izahlı arayış, malgöndərənin texnoloji avadanlıqların mövcudluğu haqqında arayış və təsdiqedici sənədlər).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.

İddiaçılar öz təkliflərini Əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun hazırlamalı, iddiaçının ixtisas göstəriciləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinin tələblərinə uyğun olmalıdır. İxtisas göstəriciləri qeyd edilən tələblərə uyğun olmayan  malgöndərənlərin təklifləri tenderdən kənarlaşdırılacaqdır.

Əlaqələndirici şəxs kimi komissiyanın üzvü Naciyə Məmmədova  təyin edilir.

İddiaçıların tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlana bilər.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 08 oktyabr 2021-ci il saat 10:00-dək, tender təklifi və bank təminatını isə 18 oktyabr  2021-ci il saat 10:00-dək Portal vasitəsilə təqdim etməlidirlər.

Təkliflər 19 oktyabr  2021-ci il saat 10:00-da  açılacaqdır.

İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

 

Tender komissiyası



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM