15 Mart 2021 21:10
765
PARLAMENT
A- A+

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

 

Martın 15-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının auditorlarının təyin edilməsi haqqında” məsələyə baxılıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda komitənin sədri Tahir Mirkişili bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın təqdimatı ilə Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 44-cü maddəsinin dördüncü hissəsinə, “Hesablama Palatası haqqında” Qanunun 11.3-cü maddəsinə və “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Qanunun 12-ci maddəsinin ikinci hissəsinə əsasən, Nəsir Sadıqovun Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini vəzifəsinə, Cavid Bayramovun, Hilal Hüseynovun və Vəfa Mütəllimovanın isə Hesablama Palatasının auditorları vəzifələrinə namizədlikləri irəli sürülüb.

Qeyd olunub ki, hazırda bu qurumun auditoru vəzifəsinə olan vakant yerlərə təqdim edilmiş namizədlər “Hesablama Palatası haqqında” Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş palatanın üzvlərinə dair tələblərə cavab verirlər, peşəkarlıq səviyyələri yüksəkdir. Tahir Mirkişili vurğulayıb ki, ali audit orqanı olan Hesablama Palatasının dövlət büdcəsinin icrası ilə bağlı həyata keçirdiyi fəaliyyət Milli Məclisin deputatlarına təqdim olunan təhlil materiallarının əhatəli olmasında və yüksək keyfiyyətdə hazırlanmasında özünü aydın göstərir. Bu prosesin ildən-ilə təkmilləşməsində adıçəkilən namizədlərin özünəməxsus əməyi vardır.

Sonra komitədə yeni vəzifələrə təqdim olunmuş namizədlərin çıxışları dinlənilib. Namizədlər göstərilən etimadı doğrultmaq üçün bütün imkanlarını səfərbər edəcəklərini bildiriblər.

İclasda çıxış edən komitə sədrinin müavini Əli Məsimli, deputatlar Ziyad Səmədzadə, Vahid Əhmədov, Vüqar Bayramov və Mahir Abbaszadə Hesablama Palatasının sədr müavini və auditorları vəzifələrinə irəli sürülmüş namizədlərə müsbət münasibət bildiriblər, onlara təmsil etdikləri qurumun işlərini yeni dövrün çağırışlarına uyğun qurmaqda uğurlar arzulayıblar, təklif və tövsiyələrini diqqətə çatdırıblar.

Fikir mübadiləsinin yekununda komitənin rəyini bildirən Tahir Mirkişili qeyd edib ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi namizədliyi irəli sürülmüş bu şəxslərin həmin vəzifələrə təyin olunmasını məqsədəuyğun hesab edir.

Sonda məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video