13 Sentyabr 2011 12:09
695
Milli Məclis
A- A+

İqtisadi sahədə keçid dövrü başa çatdığı üçün bir sıra qanunlara dəyişiklik edilməsi zərurəti yaranıb

 

Sentyabrın 12-də Milli Məclisin İqtisadi siyasət komitəsinin 2011-ci ilin payız sessiyasında ilk iclası keçirildi. Deputatları salamlayan komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, komitə ötən sessiyada çox məhsuldar işləyib, ölkəmizin sosial-iqtisadi inkişafını sürətləndirən qanunların qəbulu istiqamətində səmərəli fəaliyyət göstərib.

İclasda ilk olaraq İqtisadi siyasət komitəsinin qanunvericilik işləri planı müzakirə olundu. Ziyad Səmədzadə bildirdi ki, payız sessiyasında müzakirə ediləcək ən vacib məsələlərdən biri Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında qanun layihəsi olacaq. Komitə sədri Rəqabət Məcəlləsinin layihəsinin də bu sessiyada qəbul olunmasına çalışacaqlarını bildirdi.

Ziyad Səmədzadə onu da qeyd etdi ki, respublikamız iqtisadi sahədə keçid dövrünü başa vurduğu üçün bir sıra qanunlara dəyişikliklərin edilməsi zərurəti yaranıb. Komitə sədri bununla bağlı birja fəaliyyətinə və istehlakçıların hüquqlarının müdafiəsinə dair  qanunvericilik aktlarını misal göstərdi.

İclasda parlamentin İqtisadi siyasət komitəsinin üzvlərinin qanunvericilik təşəbbüsü qaydasında hazırladıqları "Təhsil kreditləri haqqında" qanun layihəsi və "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna dəyişikliklərin edilməsinə dair təkliflər ətrafında da müzakirələr aparıldı. Komitə üzvlərindən Xanhüseyn Kazımlı, Əli Məsimli "Təhsil kreditləri haqqında" qanun layihəsinin qəbulunun əhəmiyyətindən danışdılar. Deputatlar MDB-də ilk dəfə olaraq 1998-ci ildə Azərbaycanda qəbul edilən "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna dəyişikliklərin edilməsinin zəruriliyindən də söz açdılar. Deputatlardan Vahid Əhmədov və Ayaz Orucov Rəqabət Məcəlləsinin layihəsinin qəbulunun vacibliyini vurğuladılar. İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev də bununla bağlı fikirlərini bölüşdü.

Müzakirə olunan məsələlərə münasibətini bildirən deputat İlham Əliyev təəssüflə qeyd etdi ki, yüksək balla ali məktəbə daxil olan vətəndaşlar bəzən yüksək təhsil haqqı səbəbindən təhsil ala bilmirlər. Ali təhsil ocaqlarının tezliklə təhsil haqlarını aşağı salacaqlarına inamını ifadə edən deputat İlham Əliyev, həmçinin uşaq bağçalarında baş verən neqativ hallarla bağlı narahatçılığını da diqqətə çatdırdı.

İclasda gündəlikdə olan "Azərbaycan Respublikası hökuməti və Yunanıstan Respublikası hökuməti arasında dəniz nəqliyyatına dair", "Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında", "Azərbaycan Respublikası və Çexiya Respublikası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında", "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında", "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" sazişlərin və "Azərbaycan Respublikası hökuməti və Sloveniya Respublikası hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergi tutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın və Protokolun təsdiq edilməsi haqqında qanun layihələri, o cümlədən "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Dövlət rüsumu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Sosial sığorta haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanunlara əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video