30 Noyabr 2011 01:11
243
İQTİSADİYYAT
A- A+

İqtisadi inkişaf işsizlik probleminin həllinə imkan verir

 

Yeni yaradılan iş yerlərinin əksəriyyəti qeyri-dövlət sektorundadır

 

Ölkədə vüsət alan sosial-iqtisadi inkişaf nəticəsində bir sıra yeni istehsal və xidmət müəssisələri yaradılır. Bu, həm də ölkədə qeyri-dövlət sektorunun inkişafına göstərilən maddi dəstək nəticəsində mümkün olur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari il noyabrın 1-i vəziyyətinə olan ilkin məlumatlara əsasən, ölkədə iqtisadi fəal əhalinin sayı 4599,2 min nəfər olmuş, onlardan 4345,6 min nəfərini iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil etmişdir. Bu ilin yanvar-sentyabr aylarında məşğul əhalinin tərkib hissəsi sayılan muzdla işləyənlərin sayı isə 1366,9 min, orta siyahı sayı 1358,6 min, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 852,5 min, qeyri-dövlət bölməsində 506,1 min nəfər olmuşdur. Bununla yanaşı, iqtisadiyyatın neft sektorunda 36,4 min, qeyri-neft sektorunda 1322,2 min nəfər çalışmışdır. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1318,9 min nəfər təşkil etmişdir.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 20,8 faizi məhsul istehsalı sahələrində, o cüməldən 2,6 faizi mədənçıxarma sənayesində, 5,8 faizi emal sənayesində, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində, 5,7 faizi tikintidə, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olmuşlar. Xidmət sahəsində çalışanların isə 25,3 faizi təhsil, 19,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 10 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,1 faizi istirahət, əyləncə və incəsənət, 4 faizi dövlət idarəetmə və müdafiə, sosial təminat, 3,3 faizi peşə, elmi və texniki, 1,8 faizi informasiya və rabitə, 1,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,6 faizi maliyyə və sığorta, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0,7 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənmişdir.

Cari ilin oktyabr ayının 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Miqrasiya İdarəsi tərəfindən Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün 9557 nəfər əcnəbiyə fərdi icazə verilmişdir. Onların 9056 nəfəri kişi, 501 nəfəri qadındır. Əcnəbilərin 4190 nəfəri tikintidə, 2802 nəfəri mədənçıxarmada, 598 nəfəri emal sənayesində, qalanları isə müxtəlif sahələrdə işləyirlər. 2011-ci il noyabrın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 39,1 min nəfər olmuş, onların 43 faizini qadınlar təşkil etmişdir. Hər bir boş iş yerinə işsiz statusuna malik olanların 3 nəfəri düşür. İşsizliyə görə müavinətin orta məbləği 183,2 manatdır.

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə 70539 yeni, o cümlədən 53747 daimi iş yerləri açılmışdır. Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş ikinci Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2009-cu il tarixindən 1 oktyabr 2011-ci il tarixinə qədər olan dövr ərzində isə ümumilikdə 217161 iş yerləri yaradılmışdır ki, onların da 160983-ü daimidir. Cari ilin 9 ayında açılmış daimi iş yerlərinin 10,6 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 12,6 faizi mövcud, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 76,4 faizi isə fiziki şəxslər tərəfindən yaradılmışdır.

Yeni iş yerlərinin 70,7 faizi regionların, o cümlədən 20,1 faizi Aran, 14,3 faizi Gəncə-Qazax, 6,4 faizi Lənkəran, 5,9 faizi Şəki-Zaqatala, 5,6 faizi Quba-Xaçmaz, 5,5 faizi Abşeron, 4,3 faizi Yuxarı Qarabağ, 4 faizi Naxçıvan, 3,2 faizi Dağlıq Şirvan, 1,4 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşür. Ölkə ərazisində 96,3 faizi özəl sektorda açılmış yeni iş yerlərinin mütləq əksəriyyəti qeyri-neft sektorunda yaradılmışdır.

Beləliklə, statistikadan da görünür ki, ölkədə davam edən iqtisadi inkişaf yaxın illərdə işsizliyi birdəfəlik ləğv etməyə imkan verəcək. Hazırda Azərbaycanda çoxlu sayda iri və orta miqyaslı sənaye, istehsal və xidmət obyektləri tikilir. Sözsüz ki, həmin obyektlərdə ilk növbədə işsiz olan Azərbaycan vətəndaşları çalışacaqlar.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekununa həsr olunmuş iclasında bu istiqamətdə görülən işlər barədə demişdir: "İşsizliklə bağlı deyə bilərəm ki, bütövlükdə bu sahədə də Azərbaycanda çox böyük işlər görülmüşdür, hazırda işsizliyin səviyyəsi təqribən 5,5 faizdir. Əgər biz ətrafa, inkişaf etmiş ölkələrə baxsaq görərik ki, bu da çox gözəl göstəricidir. Bəzi inkişaf etmiş ölkələrdə işsizlik 20 faiz, 15 faiz səviyyəsindədir, 10 faiz səviyyəsindədir, bizdə isə 5,5 faizdir".

 

R.KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video