15 Oktyabr 2011 06:10
600
Təhsil
A- A+

İqtisad Universiteti məzun yarmarkası keçirdi

 

Oktyabrın 13-də Azərbaycan Dövlət İqtisad Universitetində Məzun Yarmarkası keçirildi. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan bu yarmarkada 100-ə yaxın dövlət qurumu, şirkət, holdinq və banklar iştirak etdi.

Sayca beşinci olan bu yarmarkada həm Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU), həm də digər ali təhsil ocaqlarının məzunları iştirak edirdilər. Tədbirin keçirilməsinin əsas məqsədi öz biliyinə arxayın olan gənclərə iş tapmaqda yardım etmək idi. Universitet məzunları yarmarkada bu iş yerləri ilə tanış olmaq, özlərinə uyğun gələn vakansiya haqda ətraflı məlumat almaq imkanı qazandılar. Yarmarkada respublikanın rəsmi təşkilatları - nazirliklər və komitələr, həmçinin ölkədə fəaliyyət göstərən yerli və xarici şirkətlər vakant iş yerləri haqqında məlumat verdi.

"Azercell Telekom" MMC də Məzun Yarmarkasının aktiv iştirakçılarından biridir. Şirkət hər dəfə məzunlar üçün keçirilən əmək yarmarkasında ayrıca stendlə iştirak edir. Şirkətin nümayəndələri "Azercell"də işə qəbul olunmaq arzusunda olan məzunlar üçün informasiya sessiyaları təşkil edir, onların suallarını cavablandırır və məsləhətlər də verirlər.

"Azercell Telekom" MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri  Ülviyyə Həsənzadə yarmarkanın açılış mərasimindəki  çıxışında təmsil etdiyi  şirkətdə karyera qurmaq imkanları barədə danışdı.

Yarmarkada ictimai sektorda uğurlu karyera qurulması, layihə menecerliyi, məzunların marketinq sahəsində işləməsi və s. mövzular haqqında məlumatlar verildi.  Bu dəfə Məzun Yarmarkası Azərbaycan Respublikası İdman və Gənclər Nazirliyinin dəstəyi ilə keçirildi.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video