19:57 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İqlim dəyişikliyi ilə mübarizə bütün bəşəriyyətin işidir
ANA SƏHİFƏ / DÜNYA
16:10 12.10.2021

 

İqlim dəyişikliyi və ətraf mühitin çirkləndirilməsi ilə bağlı problemlərlə mübarizə üzrə vəzifə təkcə bir qrup ölkə üzərinə qoyula bilməz. İqtisadi gücündən, coğrafi yerindən və tarixi məsuliyyətindən asılı olmayaraq dünya birliyinin bütün iştirakçıları bu istiqamətdə səylərini həyata keçirməlidirlər. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çində keçirilən BMT-nin bioloji müxtəliflik konvensiyası tərəflərinin 15-ci iclasının iştirakçılarına videomüraciətində bildirmişdir.

Rəcəb Tayyib Ərdoğanın dediyinə görə, hazırkı inkişaf mərhələsində bəşəriyyət bir sıra ekoloji çağırışlarla, o cümlədən iqlim dəyişikliyi, ətraf mühitin çirkləndirilməsi, ərzaq və su çatışmazlığı, flora və faunanın çoxnövçülüyünün azalması ilə üzləşmişdir.

Türkiyə lideri son vaxtlar planetin müxtəlif nöqtələrində baş vermiş və çoxsaylı qurbanlara və dağıntılara səbəb olmuş təbii fəlakətlərə diqqət yönəltmişdir.

Rəcəb Tayyib Ərdoğan vurğulamışdır ki, bütün bu kataklizmlər ekoloji çağırışların miqyasını nümayiş etdirir: “Şübhəsiz, təbii fəlakətlər təkcə ətraf mühitə və ekosistemlərin bütövlüyünə təhlükə yaratmır, həm də birbaşa qurbanlara və dağıntılara səbəb olur. Biz gözəl anlayırıq ki, təbiətdə hər şey bir-birinə bağlıdır. Bioloji çoxnövçülüyə vurulan zərbə, ətraf mühitin çirkləndirilməsi sonda ərzaq və su çatışmazlığı ilə nəticələnir”.

Türkiyə dövlətinin başçısı qeyd etmişdir ki, təbii fəlakətlər tez-tez miqrasiyanın indikatoruna çevrilir və toqquşmalara gətirib çıxarır. Hazırda “sivilizasiyanın beşiyi” - Aralıq  dənizinin “miqrant qəbiristanlığına” çevrilməsinin səbəblərindən biri iqlim dəyişikliyidir. Buna görə də çox vacibdir ki, ilk növbədə iqlim dəyişikliklərinin səbəbləri aradan qaldırılsın və bu, bütün dünya birliyinin vəzifəsidir.

Çıxışının sonunda Ərdoğan ümidvar olduğunu bildirmişdir ki, bəşəriyyət qarşısında duran bütün problemlər ədalət və bərabərlik prinsipləri əsasında həllini tapacaq.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM