19 Sentyabr 2013 03:09
411
PARLAMENT
A- A+

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək

 

Dünən Milli Məclisin Sosial-siyasət komitəsinin iclası keçirilib. İclasda beş qanuna təklif olunan dəyişikliklər müzakirə edilib.

İclasda çıxış edən adı çəkilən komitənin sədri Hadı Rəcəbli deyib ki, "Sosial müavinətlər", "Bədən tərbiyəsi və idman", "Sosial sığorta", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" haqqında qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olunması təklif edilir. İnzibati Xətalar Məcəlləsinin İcbari sığorta müqaviləsinin bağlanmaması maddəsinə təklif olunan müddəada qeyd olunur ki, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə, fiziki şəxslər 500, vəzifəli şəxslər 1500, hüquqi şəxslər 5 min manat cərimə olunacaq. Bu dəyişiklik qanunun tələblərinə əsasən sığorta olunanlar və sığortalıların hüquqlarının qorunması ilə əlaqədar inzibati məsuliyyətin gücləndirilməsi məqsədini daşıyır.

"Bədən tərbiyəsi və idman haqqında" qanuna isə idman mərc oyunları ilə bağlı yeni müddəa daxil olur. Müzakirələrdən sonra təklif olunan bütün dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub. Komitə sədri onu da bildirib ki, bu sessiyada "Uşaqların istirahətinin təşkili haqqında" yeni qanun layihəsi hazırlanaraq müzakirə ediləcək.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video