07:04 23 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:35 23.09.2021

Yolumuz Qarabağadır!


00:33 23.09.2021

Əbədiyaşar aktyor


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İnteqrasiyanın 25-ci ili: Rusiya və Belarus məqsədlərinin bir addımlığında

ANA SƏHİFƏ / DÜNYA
00:15 14.09.2021

 

Xəbər verildiyi kimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenko sentyabrın 9-da Kremldə danışıqlar zamanı tərəflərin son 3 il müzakirə etdikləri 28 bənddən ibarət İttifaq Proqramını razılaşmışlar. Bununla Minsk və Moskva 90-cı illərin ortalarından iqtisadi və siyasi sahələrdə daha sıx münasibətlər qurmaq istəklərinə nail olmuşlar.

Aleksandr Lukaşenko hələ Belarus Prezidenti seçilməzdən əvvəl seçki kampaniyasında Rusiya ilə inteqrasiyanın özünün gələcək fəaliyyətində prioritet istiqamət olacağını elan etmişdir. Onun seçkilərdə qələbəsindən az sonra - 1995-ci ilin yanvarında  tərəflər “Gömrük İttifaqı haqqında saziş”, ayyarımdan sonra isə 10 il müddətinə “Dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında” müqavilə imzaladılar. Əksər müşahidəçilər 2 aprel 1996-cı il tarixdə Boris Yeltsin və Aleksandr Lukaşenkonun Rusiya və Belarus Birliyinin yaradılmasına dair müqavilənin imzalanmasını inteqrasiya layihəsinin formal başlanğıcı hesab etdilər.

 Sonra Minsk və Moskva bu istiqamətdə daha bir sıra razılaşmalara nail oldular. Onlardan ən əsası 8 dekabr 1999-cu il tarixli ittifaq dövlətinin yaradılması haqqında müqavilə idi. Müqavilə əvvəlki sənədlərdən fərqli olaraq kifayət qədər sıx siyasi inteqrasiyanı, o cümlədən ümumi ikipalatalı parlamentin, Konstitusiyanın, məhkəmənin, Hesablama Palatasının və vahid emissiya mərkəzi olan valyutanın yaradılmasını nəzərdə tuturdu. Amma 20 ildən artıq bu planlar elə kağız üzərində qaldı.

“İttifaq dövləti haqqında müqavilə iki ölkənin tam birləşməsi yolunda müvəqqəti  konstruksiya kimi nəzərdə tutulmuşdu. 1999-cu ildə Lukaşenko həmin birləşmiş dövlətin başında olmağı düşünürdü. Lakin sonra Rusiyada Vladimir Putin hakimiyyətə gəldi və Lukaşenko qapının bağlandığını anladı, inteqrasiya məsələsində soyudu”, - deyə Minskin ozamankı inteqrasiya coşğusunu Belarus politoloqu Valeriy Karbaleviç belə izah edir.

Bununla yanaşı, Avropa Transformasiyası Mərkəzinin direktoru Andrey Yeqorov hesab edir ki, Belarus və Rusiyanın yaxınlaşmasından danışarkən bütün inteqrasiya birliklərini - nəinki ittifaq dövləti, həm də MDB və Avrasiya İqtisadi İttifaqını (Aİİ) nəzərə almaq lazımdır. Ekspertin fikrincə, iqtisadi mənada Aİİ ən vacib qurumdur, orada başqa müddəaların həyata keçirilməsi ilə bağlı problemlər olsa da, gömrük inteqrasiyasında açıq-aydın işləyən struktur var: “İttifaq dövlətində isə vəziyyət daha mürəkkəbdir. Çünki formal olaraq heç nə işləmir, siyasi mənada bu, bir-birindən qarşılıqlı fayda götürmək üsulu olaraq qalır”.

Belarus iqtisadiyyatı üçün fayda baxımından ekspertlər bütün inteqrasiya təsisatlarını müsbət qiymətləndirirlər. “SSRİ-nin dağılmasından sonra Belarus tezliklə başa düşdü ki, Rusiyadan asılılıq (yalnız neft və qaz sarıdan deyil) sənayenin bərpası üçün xeyli kritikdir və buna görə də Minsk iqtisadiyyatını qorumaq üçün ikitərəfli münasibətlər qurmuş, habelə MDB və Gömrük ittifaqı kimi regional təşəbbüslərdə fəal iştirak etmişdir”, - deyə Belarus İqtisadi Tədqiqat və Təhsil Mərkəzinin (BEROC) direktoru Katerina Bornukova bildirir.

İqtisadçı hesab edir ki, Rusiya ilə həmişə xüsusi münasibətlər olub: “Belarus Rusiya bazarına preferensial (güzəştli) giriş əldə edib, neft və qazın güzəştli qiyməti barədə ayrıca razılığa gəlib. Amma hər il razılığa gəlmək lazım idi və bu rahatsızlıq doğururdu. Buna görə Minsk üçün də münasibətləri təsisatlaşdırmaq və bazarın necə işlədiyini təsvir edən müqavilə çərçivəsində yerləşdirmək faydalı idi”.

Politoloq Karbaleviç isə deyir ki, hər iki ölkənin inteqrasiyası Lukaşenko hakimiyyətinə təhlükə yaratmayan istiqamətlərdə uğurla gedib: “Sosial məsələlərdə bu, pis deyil: belaruslar Rusiyada, rusiyalılar isə Belarusda müəyyən hüquq və güzəştlərdən istifadə edir, belaruslara Rusiyada qeydiyyatdan keçmək lazım deyil. Üstəlik, ittifaq dövləti və onun ideologiyası Lukaşenkoya 20 il ərzində Rusiyadan müxtəlif imtiyazlar almağa imkan verir”.

Katerina Bornukovanın fikrincə, ittifaq dövlətini Aİİ-nin həqiqətən işlək qurumu hesab etmək olar ki, bu da belaruslara bir çox imkanlar verir. Bundan əlavə, pandemiyaya qədər iki olkə vətəndaşlarının sərbəst hərəkəti qeyd olunmalıdır: “Ancaq hətta iqtisadi baxımdan da bütün inteqrasiya razılaşmaları yerinə yetirilmir. Aİİ haqqında eyni sazişdə bütün bazarların vahid olması nəzərdə tutulur. Lakin bunlar həyata keçirilməyib. Hətta əmtəə bazarında hələ də texniki tənzimləmələr baxımından razılaşdırılmamış məsələlər var. Əslində, bir çox sahələrdə vahid bazar yoxdur”.

Əgər gələcək haqda danışsaq, Minsk və Moskvanın artıq üç ildir müzakirə etdikləri dərin inteqrasiya haqqında hər hansı məlumat, demək olar ki, məlum deyil - “yol xəritələri” və ya indi deyildiyi kimi, ittifaq proqramları rəsmi şəkildə açıqlanmayıb. Buna baxmayaraq, iqtisadçı Bornukova gələcək inteqrasiyanın dərinləşməsinin məhz iqtisadiyyata aid olacağını proqnozlaşdırır: “Unifikasiyanın hələ mövcud olmadığı ayrı-ayrı sektor və bazarlar üzrə dəyişikliklər olacaq. Vergi və gömrük sistemlərinin şəffaflığını artıran addımlar da atıla bilər”.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM