04:46 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:47 17.09.2021

SADƏ, amma QƏTİ


00:42 17.09.2021

Onun adı Nuru paşaydı...


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İnsanların sağlamlığı dövlət üçün ən əsas vəzifədir
ANA SƏHİFƏ / SİYASƏT
00:54 20.12.2018


Son 15 ildə 650-yə yaxın tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub


Son illər paytaxt Bakıda, eləcə də bölgələrdə bir-birindən gözəl və yaraşıqlı, dünya standartlarına cavab verən xəstəxanalar, poliklinikalar, tibb məntəqələri, sağlamlıq ocaqları, müalicə-istirahət yerləri və s. tikilib istifadəyə verilir.

Hələ onu demirik ki, sovet dönəmindən qalma, fiziki cəhətdən köhnəlmiş və yararsız hala düşmüş onlarla bina Azərbaycan Prezidentinin, eləcə də Heydər Əliyev Fondunun diqqət və qayğısı sayəsində yenidən qurularaq yüksək səviyyədə təmir edilmiş, bərpa işləri aparılmış, son texnologiyaya məxsus tibb avadanlıqları ilə təchiz edilərək istismara verilmişdir. Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələri baxımından bunlar və digər bu kimi tədbirlərin həyata keçirilməsi, habelə səhiyyə sahəsindəki islahatlar bir məqsədə xidmət edir: Azərbaycan vətəndaşları sağlam olsunlar, sağlam yaşasınlar, yüksək səviyyəli tibbi xidmət ala bilsinlər və s.

Ölkəmizdə yenidənqurmadan sonra tibbi xidmətə başlayan səhiyyə obyektlərindən biri də bu günlərdə açılışında Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirak etdikləri Səhiyyə Nazirliyinin Bakıdakı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutudur.

Burada əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşündə demişdir: "Bu gün biz Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun əsaslı təmirdən sonra açılışını qeyd edirik. Bu münasibətlə institutun kollektivini ürəkdən təbrik edirəm. Bu gözəl hadisə münasibətilə bütün xalqımızı təbrik edirəm. Çünki bu institutun Azərbaycanda xüsusi yeri vardır. Təxminən bir əsrə bərabər ömrü olan bu bərpa mərkəzi yenidənqurmadan sonra indi ikinci həyatını yaşayacaq. Mən indi buradakı stendlərdə binanın əvvəlki vəziyyəti, tikinti zamanı çəkilmiş şəkilləri ilə tanış oldum. Onlar çox böyük maraq doğurur. Hələ 1925-ci ildə institutun tikintisi ilə bağlı müvafiq göstəriş verilmişdir. Bu institut 100 ilə yaxın müddət ərzində Azərbaycan sakinlərinə xidmət göstərmişdir. Siz - burada işləyənlər yaxşı bilirsiniz ki, bu institutun ölkəmizin səhiyyə sistemində xüsusi yeri var. Bilirəm, təmir zamanı vətəndaşlar gözləyirdilər ki, bu institut tezliklə açılsın və onun imkanlarından istifadə olunsun. Əlbəttə ki, bu gün burada yaradılan müasir şərait ən yüksək standartlara cavab verir. Həm təmir-tikinti işləri çox böyük peşəkarlıqla, zövqlə aparılıb, həm də burada quraşdırılan müasir avadanlıq, əlbəttə, xəstələrə ən yüksəksəviyyəli xidmət göstərəcəkdir. Bu gün öz sağlamlığını bərpa etmək istəyənlər mütləq buraya gəlib şəfa tapacaqlar”.

Gözəl memarlıq abidəsini xatırladan institutun binasının həm xarici görünüşü, həm də daxili dizaynı göz oxşayır. İnstitutun ərazisi də çox genişdir, təxminən 14 min 600 kvadratmetr sahəni əhatə edir. Bərpa və yenidənqurmadan sonra yaradılan şərait onu deməyə əsas verir ki, burada nəinki ölkə vətəndaşlarına, hətta xarici ölkə vətəndaşlarına da yüksək səviyyədə tibbi xidmət göstərmək mümkündür. Bu, bir daha ölkə Prezidentinin, eləcə də Heydər Əliyev Fondunun səhiyyə sahəsinə göstərdiyi diqqətin təzahürüdür. Bu, bir daha onu göstərir ki, insanların sağlamlığı Azərbaycan dövləti üçün ən əsas vəzifədir. Təsadüfi deyil ki, son 15 il ərzində ölkəmizdə təxminən 650-yə yaxın tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Qeyd etdiyimiz kimi, sovet dönəmindən qalmış, istifadəsi çətinliklər yaradan neçə-neçə şəfa ocağı yüksək səviyyədə təmir olunub. Heç kimə sirr deyil ki, bu gün ölkəmizin istənilən yerində yüksəkkeyfiyyətli tibbi müalicə almaq mümkündür.

Aparılan islahatlar, həyata keçirilən dövlət proqramları çərçivəsində, demək olar ki, bir sıra mərkəzi şəhər və rayon xəstəxanalarının tikintisi və əsaslı təmiri başa çatmaq üzrədir, bir neçə yeni xəstəxana binası isə öz açılışını gözləyir. Azərbaycan Prezidenti çıxışında əminliklə bildirmişdir ki, yaxın 1-2 ildə bu məsələ də öz həllini tapacaq: "Bu, ölkəmizin səhiyyə sisteminə verilən çox böyük töhfədir. Çünki bu gün hər bir şəhərdə, rayonlarımızın mütləq əksəriyyətində ən müasir standartlara cavab verən tibb müəssisələri fəaliyyət göstərir və vətəndaşlara xidmət edir. Əgər buna nail olmasaydıq, əgər səhiyyə sahəsinin maddi-texniki bazasını yaratmasaydıq, biz bu gün apardığımız siyasəti apara bilməzdik. Çünki bu gün sosial siyasətin tərkib hissəsi olan səhiyyə sahəsindəki islahatlar, qoyulan investisiyalar bir məqsədi güdür ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, Azərbaycanda yüksəksəviyyəli tibbi xidmət ala bilsinlər. Bildiyiniz kimi, son illər bütün ölkə üzrə 5 milyondan çox Azərbaycan vətəndaşı hər il pulsuz tibbi müayinədən keçir və aşkar edilən xəstəliklər müalicə olunur. Azərbaycan nadir ölkələrdəndir ki, belə genişmiqyaslı sosial layihə icra edilir. Mən dəfələrlə bildirmişdim ki, Azərbaycan vətəndaşları ildə ən azı bir dəfə tibbi müayinədən keçsinlər. Şadam ki, bu çağırışlar həyatda öz əksini tapır. Xüsusilə nəzərə alsaq ki, hər bir yerdə müayinədən keçmək üçün şərait var və 5 milyondan çox insanın bu imkanlardan istifadə etməsi bizim siyasətimizin qələbəsidir”.

Məmnunluq doğuran haldır ki, ölkəmizdə bu sahədə aparılan işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. BMT-nin Minilliyin İnkişaf Məqsədləri Proqramı çərçivəsində, o cümlədən səhiyyə sahəsində aparılan işlər yüksək dəyərə layiqdir. Həmçinin Dünya Səhiyyə Təşkilatı ölkəmizdə səhiyyə quruculuğu ilə bağlı görülən işləri həmişə dəyərləndirir. Bir sözlə, bu sahədə aparılan islahatlar və dövlət tərəfindən qoyulan vəsait öz nəticəsini verir. Ona görə də Azərbaycan vətəndaşları istənilən vaxt sağlamlıqlarının qayğısına qala bilir, gənc nəsil sağlam həyat tərzi sürür. İnsanların sağlamlıqlarını təmin və bərpa etmək üçün Azərbaycanda istənilən şərait var.

Rəhman SALMANLI,
"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM