15:46 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İnsan orqanizmində 70-ə qədər yağ turşusu var

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:29 22.08.2021

 

Təbiətdə 200-ə qədər müxtəlif yağ turşularına rast gəlinir. İnsan orqanizmində isə 70-ə qədər yağ turşusu var. İnsanın normal həyat fəaliyyəti üçün yağ turşularından 20-sinin yeyilən qidanın tərkibində olması çox vacibdir.  Digər turşular isə insan orqanizmində sintez olunur. Lakin polidoymamış yağ turşuları orqanizmdə sintez olunmadığından hər gün qəbul edilən qidanın tərkibində olmalıdır. XX əsrin birinci yarısında kəşf olunan polidoymamış yağ turşularından olan “Omeqa-6” yağının orta yaşlı insan üçün gündəlik istehlak norması 8-10 qramdır. Bu, gündəlik kalorinin təxminən 5-8 faizinə qədərini təşkil etməlidir. Normadan çox “Omeqa-6” yağını istehlak etmək immunitetin zəifləməsinə, hipertoniyaya və digər ürək-damar pozğuntularına, iltihab proseslərinin və hətta onkoloji xəstəliklərin atrmasına səbəb ola bilər. Gündəlik qida rasionunun verdiyi kalorinin təxminən 1-2 faizini “Omeqa-3” yağ turşusu təşkil etməlidir.

Bu isə orta yaşlı insan üçün gündə 1-2 qram yağa bərabərdir.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM