02 Avqust 2021 19:19
644
CƏMİYYƏT
A- A+

İnsan hüquqları üzrə Avropa Konvensiyasına dəyişiklikləri nəzərdə tutan 15 nömrəli Protokol qüvvəyə minib

 

Avropa Şurasının Nazirlər Komitəsi 2013-cü il mayın 16-da “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada dəyişiklikləri nəzərdə tutan 15 nömrəli Protokolu təsdiqləyib və üzv dövlətləri yeni Protokolu tez bir zamanda imzalamağa və ratifikasiya etməyə çağıraraq onun imzalanması üçün 2013-cü il iyunun 24-dək açıq olması barədə qərar qəbul edib. Buna qədər Avropa Şurasının Parlament Assambleyası 2013-cü il aprelin 26-da 15 nömrəli Protokola müsbət rəy verib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan 2014-cü il mayın 2-də 15 nömrəli Protokolu təsdiqləyib. Avropa Şurasının bütün üzv dövlətləri də protokolu ratifikasiya ediblər. Həmin Protokol 2021-ci il avqustun 1-də qüvvəyə minib.

Protokol “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada aşağıdakı dəyişiklikləri ehtiva edir:

- Konvensiyanın Preambulasına subsidiarlıq prinsipinə və mülahizə sərbəstliyi doktrinasına istinad əlavə edilir. Yəni subsidiarlıq prinsipinə əsasən, tərəf dövlətlərin Konvensiyada və onun protokollarında müəyyən edilmiş hüquq və azadlıqların təmin edilməsində əsas məsuliyyət daşıdıqları və Məhkəmənin nəzarət yurisdiksiyası altında bu sahədə mülahizə sərbəstliyinə malik olduqları təsdiq edilir;

- İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ərizə ilə müraciət etmə müddəti qısaldılaraq altı aydan dörd aya endirilib. Bu şərt Protokolun qüvvəyə mindiyi gündən altı ay keçdikdən sonra, yəni, 2022-ci il fevralın 1-də qüvvəyə minəcək. Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin mənasına uyğun olaraq, bu şərt qərar qəbul edilmiş ərizələrə münasibətdə tətbiq olunmayacaq;

- Ərizəçi üçün “əhəmiyyətli zərər” qəbuledilənlik meyarı ilə əlaqədar dövlətdaxili məhkəmə tərəfindən işə lazımı qaydada baxılmadıqda, işin rədd edilməsinin qarşısını alan təminat ləğv olunur;

- İş üzrə tərəflərin etiraz etmələrindən asılı olmayaraq, Palatalara öz yurisdiksiyalarının Böyük Palatanın xeyrinə keçməsinə icazə verilir;

- İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə namizəd hakimlərin yaş həddi üçün məhdudiyyətlər müəyyən edilir – 65 yaş.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video