04 Fevral 2012 02:02
293
CƏMİYYƏT
A- A+

İnkişaf və tərəqqi ünvanı

 

Dünən Nərimanov Rayon İcra Hakimiyyətində ötən ilin yekunlarına və 2012-ci il üçün qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş yığıncaq keçirildi. Nərimanov  Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev   keçən il Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın sosial-iqtisadi inkişafında əldə olunmuş nailiyyətlər barədə məlumat verərək 2011-ci il ərzində rayonda görülmüş işləri təhlil etdi və həllivacib olan problemlərin aradan qaldırılması yollarından danışdı. Bildirdi ki, 2011-ci ildə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün mühüm işlər görülüb. Sənaye, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə uğurlu nəticələr əldə edilib. Rayon sənayesinin dinamik inkişafı davam etdirilib. Ötən müddət ərzində xidmətlər də daxil olmaqla,

1 milyard 870,6 milyon manatlıq məhsul istehsal edilib. Həyata keçirilən uğurlu siyasət və dövlət qayğısı nəticəsində son illər rayonda müasir standartlara cavab verən məhsul istehsal edən orta və kiçik müəssisələr yaradılıb. Burada  yüksək keyfiyyətli yeyinti məhsulları, məişətimizdə istifadə etdiyimiz avadanlıqlar, tikintidə işlədilən mal və materiallar və digər məhsullar istehsal olunur.

Ötən il icra hakimiyyətində beynəlxalq əlaqələrin möhkəmləndirilməsi istiqamətində də tədbirlər həyata keçirilib. Nərimanov rayonu ilə Rusiya Federasiyasının Həştərxan vilayəti  arasında dostluq əlaqələri daha da genişləndirilib.

Əhalinin sosial-müdafiəsinin gücləndirilməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində respublika Prezidentinin fərman, sərəncam və tapşırıqlarını rəhbər tutaraq rayonun xidmət sahələri və idarələri tərəfindən ardıcıl tədbirlər həyata keçirilib.

Yığıncaqda Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək bildirdi ki, dövlət başçısı  İlham Əliyevin uğurlu siyasəti nəticəsində paytaxtımız da  daxil olmaqla, bütün regionlar gündən-günə inkişaf edir. Aparılan quruculuq və abadlıq işləri sayəsində bu gün paytaxtımız yeni görkəm almaqdadır. Şəhər və rayonlarımız ildən-ilə gözəlləşir. Ölkəmizin ərzaq təhlükəsizliyi təmin olunub, yeni iş yerləri açılıb, yoxsulluğun səviyyəsi bir neçə dəfə azalmışdır. Nərimanov rayonunun  sosial-iqtisadi inkişafı, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması və s. istiqamətində bir çox işlər görülür. İnanırıq ki, qarşıdakı illərdə rayonun sosial-iqtisadi inkişafının daha da yüksək səviyyədə təmin olunması üçün lazım olan bütün tədbirlər uğurla həyata keçiriləcək.

İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Nərimanov rayonu Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Ağa Həsənov, rayon Gənclər və İdman İdarəsinin rəisi  Nəcəf Novruzov, rayon Polis İdarəsinin rəisi Muradəli Babayev və Milli Məclisin deputatı Adil Əliyev çıxış edərək əldə olunan uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışdılar.

Sonda iştirakçılar adından ölkə başçısı cənab İlham Əliyevə müraciət qəbul olundu.

 

Elçin CƏFƏROV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video