04 Iyul 2021 00:25
978
Səhiyyə
A- A+

İmmuna dəstək

 

İsti və ilıq suda çimmək insanı nə qədər rahatlatsa da, soyuq su ilə çimməyin bədənə xeyri daha çoxdur. Xüsusilə səhər yataqdan qalxmaqda çətinlik çəkənlərə soyuq duş daha xeyirdir. Soyuq su hüceyrələri və qan dövranını hərəkətə gətirir.

Soyuq suda çimmək stressi götürür və ovqatı yaxşılaşdırır. Bu, üz dərisinə və saçlara da xeyirdir. Çox isti və ya ilıq su ilə çimmək saçı yağladır, üzün və saç dərisinin pul-pul görsənməsinə səbəb olur. Soyuq su ilə yuyunanda isə saçlar parıldamağa başlayır.

Belə su bədəndə toplanan toksinlərdən qurtulmağa da kömək edir. Beləliklə, toksinləri bədəndən kənar edən soyuq su arıqlamağa yardımçı olur.

Soyuq suda çimən qrip və soyuqdəyməyə daha az tutulur. Bu su bədənin müqavimətini artırır, immun sistemini gücləndirir.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video