10:16 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:44 19.10.2021

Müstəqillik zirvəsi


00:42 19.10.2021

FATEH, yoxsa XİLASKAR?


00:41 19.10.2021

19 oktyabr


00:35 19.10.2021

10 QOLLU TUR


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlmə-ilmə açılan sirlər
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
12:02 08.02.2012

 

«Azərbaycan xalçaları» jurnalının yeni nəşr olunan ikinci sayında möcüzələrdən söz açılır

 

Mədəni sərvətimiz - xalçalardan bəhs edən "Azərbaycan xalçaları" adlı elmi-bədii jurnalın ikinci sayı nəşr olunub. "Azər-İlmə" xalçaçılıq müəssisəsinin təsis etdiyi "Azərbaycan xalçaları" jurnalında bəşəriyyətin mədəni irsinə çevrilən, milli sərvətimiz olan xalça nümunələri, xalçaçılıq məktəbləri, özünü bu sənətə həsr edən xalçaçı qadınlar, xalçaçı rəssamlar haqqında elmi, bədii məqalələr yer alıb. Jurnalda nəfis toxunuşu, göz oxşayan rəng çalarları və naxışları ilə hər kəsin qəlbini fəth edən xalçalarımızın özünəməxsus cəhətləri, fərdi xüsusiyyətləri ətraflı tədqiq olunub.

Jurnalın ikinci sayında oxuculara xalq rəssamı Kamil Əliyevin yaradıcılığı, dünyanı heyran qoyan Urud xalçaları, miniatürçü rəssam Behzaddan bəhs edən məqalələr təqdim edilir. Oxucular Xaçmazda xalça muzeyinin açılışı, Almaniyada Azərbaycanın İstiqlal bayramının, Fransada "Azərbaycanın mədəni zənginlikləri" sərgisinin keçirilməsi ilə bağlı geniş məlumat ala biləcəklər. "Müstəqilliyimizin 20 ili  - mədəniyyətimizin təntənəsi" yazısında isə son iyirmi il ərzində ölkəmizin mədəni həyatında baş verən ən əlamətdar hadisələr yer alıb. Tanınmış xalça eksperti Ömər Bozdağ, Rusiyanın Dövlət Şərq Muzeyinin elmi işçisi Mariya Yuryevna Filatova ilə eksklüziv müsahibə və onların xalçalarımızla bağlı fikirləri, "Zaqatala xalçasının şöhrəti", "Xalçalı pullar" kimi məqalələr də oxucularda maraq doğuracaq. Qala kəndinin sirlərindən, xalçalardakı svastikanın nədən xəbər verdiyindən, "Məlikməmməd"in Berlinə necə gedib çıxmasından öyrənmək istəyənlər də "Azərbaycan xalçaları"na üz tuta bilərlər.

"Yalta konfransında Bakı xalçası" adlı məqalədə isə İkinci dünya müharibəsi zamanı məşhur üçlüyün - F.Ruzvelt, İ.Stalin, U.Çörçilin Almaniyanın gələcək taleyini Bakı xalçası üzərində həll etməsindən danışılır.

Rəngbərəng ilmələrdən toxunan zərif, əsrarəngiz, bənzərsiz naxışlarla bəzədilən xalçalar ilk baxışdan sadəcə gözəl əl işi kimi görünsə də, əslində, özündə bir dünyalıq sirr gizlədir. Hər naxışın, hər rəngin öz mənası, öz tarixçəsi var. Xalqımızın qürur mənbəyi olan, nəsillərdən-nəsillərə yadigar qalan xalçaçılıq sənəti həm də incəsənətimizin dünya mədəniyyətinə inteqrasiyasında bir vasitədir. Buna görə də milli xalçalarımızın araşdırılması və dünya ictimaiyyətinə təqdim edilməsi bir zərurət kimi meydana çıxıb.

 

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM