23 Oktyabr 2021 00:42
1195
Mədəniyyət
A- A+

İlk xalça muzeyi Vətənimizdə

 

Azərbaycanda tarixən ən geniş yayılmış xalq sənətindən biri xalçaçılıqdır. Dünyanın ilk xalça muzeyi də məhz elə ölkəmizdədir. 1967-ci ildə əsası qoyulan muzeyin ilk yerləşdiyi ərazi Bakının ən qədim tarixi yerlərindən biri olan İçərişəhərdə olub. Muzeyin özünəməxsus ilk binası isə 2014-cü ildə avstriyalı memar Frans Yantsın layihəsi əsasında inşa edilib. Dənizkənarı Milli Parkda yaradılan Azərbaycan Milli Xalça Muzeyinə “milli” statusu 2019-cu ildən verilib.

Muzeyin daxilində Azərbaycanın müxtəlif regionlarından xüsusi əhəmiyyətli tarixi xalçalar yer alır. Burada olan ən böyük xalça isə 11 metr uzunluğunda “Şeyx Səfi” xalçasıdır. Bu xalçanın əsli Londonda Viktoriya və Albert Muzeyində saxlanılır. Burada olan isə əsl nüsxə əsasında hazırlanmış versiyasıdır. Xalçalar üzərindəki qəliz işləmələrlə və müxtəlif əsərlərin ideyalarını özündə ehtiva etməklə daha çox diqqəti cəlb edir.

Qarabağ xalçalarının əvəzolunmaz dəyərini muzeydə mövcud olan nümunələrdən aydın görmək mümkündür. Burada yalnız xalçalar deyil, həmçinin milli geyimlər, tarixi qablar, zinət əşyaları da sərgilənir. Toxuculuğa maraq göstərənlərin muzeydə təşkil edilən dərslərə qatılaraq faydalanmaq şansları da var.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video