21 Noyabr 2021 00:31
1422
Elm və texnika
A- A+

İlk siqaret hazırlayan maşın

 

İlk dəfə siqaretin oxşarı Amerika hinduları tərəfindən düzəldilib. İlk siqaretlər 1844-cü ildə Fransada istehsal olunub. Həmin ildə İtaliyada hazırlanan kağız siqarlar böyük diqqət çəkib. 1880-ci ildə amerikalı ixtiraçı Ceyms Albert Bonsack ilk siqaret yuvarlayan maşın hazırlayaraq onu patentləşdirib.

O vaxta qədər siqaretlər əllə yuvarlanırdı. Hazır siqaretlər lüks bir əşya olaraq getdikcə populyarlaşırdı. Yaxşı bir siqaret çarxı dəqiqədə orta hesabla yalnız dörd siqaret istehsal edə bilirdi.  Lakin bu, 1870-ci illərdə tələbatı ödəmək üçün kifayət deyildi. 1875-ci ildə Virciniya ştatının Riçmond şəhərində yerləşən “Allen and Ginter” şirkəti siqaretləri yuvarlaya bilən daha müasir maşının ixtirasına görə 75 000 ABŞ dolları (indi 1.767.500 dollara bərabərdir) mükafat təklif etdi. Bonsack bu mükafatı əldə etməkdən ötrü vaxtını həmin maşının yaradılmasına həsr etdi. Bonsackın ixtirası siqaret sənayesində inqilab oldu. Kibritin ixtirası ilə isə siqaret istehlakında partlayış baş verdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video