14:27 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlk qidalar

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:06 17.07.2021

 

Homo Sapiens növünə qədər mövcud cinslər vəhşi heyvanlar qarşısında qorxuya düşürdülər.

Onlar nadir hallarda heyvan ovlayırdılar, əsasən, bitki toplayır, həşərat yeyir, kiçik heyvanları ələ keçirərək və ya heyvanlardan artıq qalmış leşləri tapıb yeyərək həyatda qala bilirdilər. Homo Sapiensin meydana çıxması qida zəncirinə yeniliklər gətirdi. Sapiens oddan işıq, istilik mənbəyi, müdafiə silahı və ən əsası yemək hazırlamaq üçün istifadə edirdi. Onlar insanların təbii formada həzm edə bilmədikləri ərzaqları (buğda, düyü və s.) odda bişirərək qidalarını zənginləşdirmişdilər. Bundan əlavə, ovlanan heyvanların, əldə olunan bitkilərin bişirilərək yeyilməsi onların həzm prosesini də asanlaşdırmışdı. Bu kimi yeniliklər Sapiensin yemək prosesinə daha az vaxt ayırmasına, daxili orqanlarının dəyişməsi və daha az enerji sərf etməsinə şərait yaratdı.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM