10:20 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlk pullarımız

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:29 28.08.2021

 

Azərbaycan ərazilərində ilk sikkələrin tarixi eradan əvvəl 3-cü əsrdə Makedoniyalı İsgəndərin adına kəsilən pullardan başlayır. Sonralar pul tələbatını qarşılamaq üçün Albaniyada bu sikkələrə bənzər yerli gümüş pullar da zərb edilirdi.

Eramızın 3-cü əsrində isə Sasanilər iri və xırda gümüş pullar zərb edirdilər. Bu pullar Azərbaycanda hakim sikkələrə çevirilərək dövriyyədən digər nominalları sıxışdırıb çıxarmışdı. Qafqaz, eləcə də Azərbaycan Xilafətin tərkibinə qatılandan sonra buradakı qızıl pullar dinar, gümüş pullar isə dirhəm adlanırdı. Azərbaycanın torpaqlarını bir bayraq altında birləşdirən Səfəvilərin ilk sikkəsi isə 1501-ci ildə Şah I İsmayılın adından zərb edilmişdi.

İlk milli pul vahidimizin mövcudluğu cümhuriyyət dövrü ilə başlayır. 1919-cu ildə hökumətin qərarı ilə Azərbaycan Dövlət Bankının yaradılması pul sahəsində islahatların aparılmasının əsasını qoydu. Tədavülə buraxılmış ilk əsginas bir neçə nüsxəli 100 manatlıq idi. Ümumi dövriyyədə isə 25, 50, 100 və 250 manatlıq, 1920-ci ildən ən iri nominal - 500 manatlıq əsginaslar idi. Bu pul vahidlərinin üzərində nominalın adı Azərbaycan və rus dillərində, 500 manatlıqda isə 2 dillə yanaşı, fransız dilində də qeyd edilmişdi.

Dövlət müstəqilliyi bərpa ediləndən sonra Azərbaycan Respublikasının milli valyutası olan manat 1992-ci ildə dövriyyəyə buraxıldı. Həmin vaxt mövcud olan pul nişanlarının dəyəri hazırda istifadə etdiyimiz valyutadan fərqlənirdi. Belə ki, o zaman 5000 manat indiki 1 AZN-ə bərabər idi. Hazırda istifadədə olan pul vahidləri 2006-cı ildən fərqli dəyərlərlə dövriyyəyə daxil edilib. Müasir pulların üzərində müxtəlif mövzulu təsvirlərə yer verilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM